21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

xalqların etnik mənsubiyyəti baxımından, həm də siyasi baxışlar,

həm də ortaq maraqlar baxımından. Biz elə etməliyik ki,

birliyimiz daha da güclənsin, hərtərəfli olsun. Təbii ki, bu

işlərdə xaricdə yaşayan soydaşlarımızın da fəaliyyəti çox əhəmiyyətlidir”

(48).

Azərbaycan Prezidenti elmi-tarixi və mədəni əlaqələr tarixinə

də yer ayıraraq qeyd edirdi ki, Türkiyəni Azərbaycanla

birləşdirən tarixi əlaqələr çox güclüdür. Həm siyasi, həm də iqtisadi,

mədəni, hərbi – bütün sahələrdə bizim aramızda ən yüksək

iş birliyi, anlaşma var. Belə forumların keçirilməsi bizim

birliyimizi daha da gücləndirir. Bütün türk dünyasının birliyini

gücləndirir. Biz böyük qüvvəyik. Gərək elə edək ki, maraqlarımız

tam şəkildə təmin olunsun, bizi narahat edən problemlər

aradan qaldırılsın, ədalət zəfər çalsın və xalqlarımız rahat yaşasınlar.

Biz buna layiqik və birgə səylərlə, birgə işlərlə buna nail

olacağıq. Bu gün Azərbaycana bütün türk dünyasının nümayəndələrinin

və qonaqlarının gəlməsi bu gözəl birliyin əyani

sübutudur. Öz maraqlarımızı təmin etmək üçün biz güclü olmalıyıq

(48).

Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərliyinin

I forumunda nitq söyləyən Rəcəb Tayyib Ərdoğan da hər

kəsin nəzərinə çatdırırdı ki, “Türkiyə və Azərbaycan tarixlərinin

ən çətin dövrlərində bir-birinə dəstək olmağın ən gözəl nümunələrini

göstərmişlər. 1918-ci ildə Nuri Paşanın komandanlığı

ilə Türk Qafqaz islam ordusunun uzun mübarizələr nəticəsində

Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi

idi. Eynilə, Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi

ilə aparılan milli mücadilə həm də azərbaycanlı qardaşlarımızdan

gələn maddi və mənəvi yardımlar nəticəsində müvəffəqiyyət

qazanmışdır. Bunu xüsusi vurğulayıram. Həm də

qarşılıqlı olaraq, bu yardım və dəstək, sadəcə, qardaşın qardaşa

borc verməsi kimi yox, yalnız yardım etmək düşüncəsi ilə

göstərilmişdir” (52).

39

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!