21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

T.Ə.Qasımov isə bildirmişdir: “Simpozium bizim üçün birbaşa

əlaqələrin ilk təcrübəsi olsa da, razılıqla deyə bilərik ki, bu

təcrübə uğurlu olmuşdur... Biz günün tələblərinə yaradıcılıqla

cavab verəcək, səhiyyə kimi mühüm sosial sahənin inkişafına

yeni təkan vermək üçün əlimizdən gələni edəcəyik”. Həmin

simpoziumda Amerikadan tutmuş Avropayadək bütün qitələrdə

tibb işçilərinə peşəsinin sirlərini öyrətmiş müəllim, hamitərbiyəçi,

bütün dünyada plastik cərrahiyyə sahəsində böyük

şöhrət qqzanmış Türkiyə professoru İbrahim İldırım da iştirak

etdi. Azərbaycan Dövlət Tibb Universitetinin yuxarı kurs

tələbələri auditoriyalarında, Azərbaycan Cərrahlar cəmiyyətinin

Elmi şurasının iclasında görkəmli alim və mütəxəssislər

üçün mühazirələr oxudu. O, simpoziumda mikrocərrahiyyəyə

və plastik cərrahiyyəyə dair seminar da apardı. Azərbaycan

səhiyyə naziri T.Ə.Qasımov və Türkiyə Səhiyyə Naziri Xəlil

Şıvqının imzaladıqları qarşılıqlı əməkdaşlıq haqqında sazişə

uyğun olaraq 1991-ci ilin iyununda Türkiyənin ən böyük plastik

cərrahiyyə mərkəzinin rəhbəri prof. İbrahim İldırım başda

olmaqla bir qrup türk cərrahı Azərbaycana gəldi, 7 gün ərzində

150 plastik cərrahiyyə əməliyyatı apardılar. Eyni zamanda

Bakıda “İnterplast” Azərbaycan – Türkiyə birgə plastik cərrahiyyə

mərkəzinin yaradılması, habelə tibb avadanlığı və dərman

vasitələri buraxan fabrikin tikilməsi təklifi irəli sürüldü.

1991-ci ilin fevralında Türkiyə səhiyyə naziri Xəlil Şıvqının

Azərbaycanda olması ürək-damar xəstəlikləri, onkoloji,

yoluxucu xəstəliklər, ana və uşaqların mühafizəsi ilə əlaqədar

nəinki elmi, həmçinin sırf əməli problemləri birlikdə həll

etməyi nəzərdə tutan proqramın həyata keçirilməsi ilə əlaqədar

idi. Bu işdə Türkiyənin əczaçılıq, tikinti və bir sıra başqa

firmalarının cəlb olunması, mütəxəssislərin və tələbələrin qarşılıqlı

mübadiləsi, güzəştli şərtlərlə dərman göndərilməsi və s.

nəzərdə tutulurdu. 1990 – 1991-ci illərdə Ankarada Azərbaycan

və Türkiyə Respublikalarının Səhiyyə Nazirləri T.Qasımov

və Xəlil Şıvqın tibb və səhiyyə sahəsində Azərbaycan – Tür-

153

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!