21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

112

__________Milli Kitabxana__________

Tərəflər, Türkiyə ilə Azərbaycan arasındakı mədəniyyət

əlaqələrinin dəyişdirilməsində televiziya yayınlarının əhəmiyyətinə

diqqət çəkmişlər. Bu çərçivədə, Türkiyə Radio Televiziya

Qurumunun Avropa, Asiya və Şimali Afrikanı əhatə edən

AVRASYA-TV yayınının Azərbaycanda transformasiyası və

Azərbaycan kino və TV proqramlarının da bu yayında yer alması

üçün bir əməkdaşlıq protokolu imzalanmışdır (158, s.120-

121).

1992-ci il 5 may tarixində Azərbaycan – Türkiyə mədəni

əlaqələrinin perspektivlərinə istiqamətlənmiş Türkiyə Cümhuriyyəti

ilə Azərbaycan Respublikası arasında təlim-tərbiyə,

təhsil, mütəxəssis xidmətləri, texniki və elmi əməkdaşlıq

sahəsində də müqavilə imzalanmışdır (158). Bildirilmişdir ki,

aşağıda tərəflər olaraq adlandırılacaq olan Türkiyə Cümhuriyyəti

və Azərbaycan Respublikası:

Bir-birilərinin suverenliyinə, müstəqilliyinə və ərazi bütünlüyünə

sayğı və daxili işlərinə qarışmama prinsipi ilə müsbət

olaraq aralarındakı əməkdaşlığın inkişafına yönəlik qərarlılıqlarını

təsdiq edərək;

Aralarındakı dil, tarix, kültür və ənənə yaxınlığının, çoxyönlü

əməkdaşlığı inkişaf etdirmək üçün sağlam bir zəmin yaratdığına

dair inamlarını yeniləyərək;

24 yanvar 1992-ci ildə Ankarada imzalanmış olan “Türkiyə

Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq,

əməkdaşlıq və mehriban qonşuluq müqaviləsi”nə uygun olaraq

və iki ölkə arasındakı mövcud əməkdaşlığı və dostluğu çeşidləndirmək

və inkişaf etdirmək arzusundan doğaraq, egitim, öyrətim,

mütəxəssis xidmətləri, texnika və elm sahələrində də

əməkdaşlıq etməyi arzu edərək aşağıdakı xüsuslarda razılığa

gəlmişlər.

11 maddəlik müqavilə ilə tanişlıqdan da aşkar göründüyü

kimi, bu anlaşmanın məqsədi tərəflər arasında təlim-tərbiyə,

təhsil, mütəxəssis xidmətləri, texnika və elm sahələrində əməkdaşlığı

təsis və icra etməkdir. Müqavilədə o da qeyd olunur ki,

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!