21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

Bu ölkələrdə mütləq sağlam universitetlər yaradılması zəruridir.

Bu universitetlər həm təhsil baxımından, həm də dərslər

baxımından müasir bir şəkildə qurulmalıdır. Universitet təhsil

mütəxəssislərnə yetərli maddi və mənəvi imkan verilməlidir.

Bu məsələdə addımlar atılmazsa universitetlər məqsədlərinə

uyğun irəliləyə bilməz.

Oralardan Türkiyəyə gələcək tələbələrin seçimi məsələsi

çox önəmlidir. YÖK-ün hazırladığı hesabata görə, Türkiyəyə

gələcək tələbələrin seçimi ÖSYM Başqanlığı tərəfindən o

ölkələrin paytaxtlarında seçmə və yerləşdirmə imtahanı ilə

aparılmışdır. Ancaq imtahana girməyənlər də əlaqəli ölkələrin

israrı ilə Türkiyədə ali təhsil proqramlarına yerləşdirilmişdir.

Türkiyədə bu proqramlara yerləşdirilən tələbələrdən bir qismi

proqramlarını bəyənməyərək dəyişdirmə tələbində olmuş,

YÖK də bunu qəbul edərək bu tələblərini yerinə yetirmişdir.

Məhz bu cür problemlərin ağılla, müasir və elmi üsullarla həll

edilməsində yarar vardır.

Türkiyəyə gələn tələbələrin istər seçimində, istər Türkiyəyə

gəliş tarixlərində, istərsə də yerləşdirilmələrində önəmli şəkildə

plansızlıq və koordinasiyasızlıq mövcuddur. Bu görülə bilmədiyi

təqdirdə bu tələbələrin yetişməsi istənilən səviyyədə olmayacaqdır.

Bundan əlavə, gələn tələbələr psixoloji, pedaqoji,

iqtisadi, şivəsəl və s. səbəblərlə mühitə uyğunlaşa bilməməkdə

və uğursuz olmaqdadırlar (157, s.238).

Azərbaycan – Türkiyə mədəni əlaqələrinin belə bir möhkəm

təməl üzərində qurulması səbəbindən sonrakı illərdə ölkələrimiz

arasındakı təhsil əməkdaşlığı da günü-gündən genişlənməyə

başlamışdır. Azərbaycanda fəaliyyət göstərən təhsil

müəssisələri içərisində Türkiyə qurumlarının açdığı məktəblərin

xüsusi çəkisi vardır. Bunların həm keyfiyyət, həm də

kəmiyyət baxımından getdikcə daha geniş fəaliyyət göstərməsi

Azərbaycan – Türkiyə mədəni əlaqələrinin səmərəli perspektivlərindən

xəbər verir. Ümummilli liderimiz Heydər Əliyev

1995-ci il 12 iyul tarixində Türkiyənin baş nazirini vətənə yola

141

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!