21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

224

__________Milli Kitabxana__________

təqilliyini bütövlükdə qoruyub saxlayan yeganə dövlət – Türkiyə

Cümhuriyyəti idi. Bəlkə də yaxşı mənada qibtə hissi,

həsəd hissi ürəklərdə gəzdirilən istiqlaliyyət arzusu alimlərimizi

bəzən həyatları bahasına başa gələn belə fədakarlıqlara

sövq edirdi” (124, s.28-30).

Heydər Əliyevin istər Türkiyədə, istərsə də digər türk dövlətlərinin

başçıları ilə görüş və söhbətlərinin, həmçinin mətbuat

üçün müsahibələrində xüsusilə nəzərə çarpan belə bir cəhət də

var. Bu özünü ilk növbədə onun türk xalqlarının tarix və ədəbimədəni

əlaqələri diqqətlə izləməsində və yeri gəldikcə bu əlaqələrə

dair maraqlı nümunələr göstərməsində büruzə verir

(124, s.31).

2000-ci il aprelin 8-də Azərbaycanın paytaxtı qədim

Bakıda türkdilli dövlətlərin başçılarının növbəti – VI zirvə

görüşü keçirildi. Həmin gün, yeni minilliyin astanasında növbəti

zirvə görüşününün keçirildiyi “Gülüstan” sarayı daha

əzəmətli görünürdü. Sarayın bayramsayağı bəzədilmiş salonunda

qardaş ölkələrin dövlət bayraqları qoyulmuşdu. Azərbaycan

və rus dillərində yazılmış “Türkdilli dövlətlərin başçılarının

VI zirvə toplantısı. Bakı – 2000” sözləri və zirvə görüşünün

emblemi dərhal diqqəti cəlb edirdi. Aprelin 8-də

“Gülüstan” sarayında türkdilli ölkələrin dövlət başçılarının VI

zirvə görüşünün sonunda Bakı Bəyannaməsinin imzalanması

mərasimi oldu. 17 maddədən ibarət Bakı Bəyannaməsinin

demək olar ki, bütün maddələrində belə bir yekdil fikir öz

əksini tapdı ki, türkdilli dövlət başçılarının Bakı görüşü yüksək

səviyyədə, qarşılıqlı anlaşma və etimad ruhunda keçmiş,

faydalı olmuşdur (124, s.35-37).

XX əsrin son ili – 2000-ci il 250 milyonluq Türk dünyasının

çoxəsrlik tarixində iki böyük hadisənin təntənə ilə qeyd

edildiyi əlamətdar il oldu. Bu gün bir daha qəti inamla demək

olar ki, keçən əsrin sonunda artıq türk dünyasının lideri olduğu

heç kəsdə şübhə doğurmayan Heydər Əliyevin bilavasitə rəhbərliyi

və yüksək təşkilatçılığı ilə həyata keçirilmiş hər iki təd-

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!