21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

Nəinki Azərbaycan – Türkiyə elmi-mədəni əlaqələri, bütövlükdə

Türk Dünyasının mədəni inteqrasiyası istiqamətində

TÜRKSOY-un xüsusi rolu olmuşdur. 1993-cü ildən fəaliyyət

göstərən təşkilat öz sıralarında tək müstəqil ölkələri deyil, eyni

zamanda müşahidəçi qismində türk muxtar qurumlarını, Rusiya

Federasiyasi tərkibində olan türk respublikalarını da birləşdirir.

TÜRKSOY-un az müddət ərzində strukturlaşması, Türk Dünyasının

mühüm tarixi əhəmiyyətli hadisələrini özündə əks etdirən

olduqca zəngin bir təqvimin tərtib edilməsi, yarandığı

vaxtdan 10 ildən çox vaxt keçməsinə baxmayaraq intensiv

işləməsi mədəniyyət və incəsənət sahəsində bir çox uğurların

təminatı olub. Ümumtürk dəyərlərinin qorunub saxlanması,

tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, incəsənətin

müxtəlif sahələrində birgə müsabiqələrin təşkili vahid Türk

Dünyası ideyasını dünyanın nəzərinə çatdırır. TÜRKSOY-la

YUNESKO arasında birgə əməkdaşlıq müqaviləsinin imzalanması

təşkilatın beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.

Təşkilatın yaradılması və fəaliyyət prinsipləri haqqında müqaviləyə

müvafiq olaraq TÜRKSOY aşağıdakı mühüm funksiyaları

bu gün də uğurla həyata keçirir: Türk ölkələri arasında

mədəniyyət və incəsənət sahəsində əlaqələri daha da möhkəmləndirmək

və inkişaf etdirmək üçün müxtəlif proqram və

layihələr həyata keçirmək; Ümumi mənəvi dəyərləri, tarixi irsi,

mədəniyyət və incəsənət əsərlərini, ənənəvi idman növlərini və

xalq oyunlarını təbliğ etmək; Televiziya və radio proqramları,

sənədli, video, kinofilmlər hazırlamaq, Türk dünyasının ən

yaxşı mədəniyyət və incəsənət nailiyyətlərini populyarlaşdırmaq;

İncəsənətin teatr, musiqi, opera və balet növlərində birgə

festivalların, müsabiqələrin və başqa tədbirlərin keçirilməsi;

Sərgilərin təşkil edilməsi, incəsənətin və heykəltəraşlığın inkişafına

yönələn tədbirlərin həyata keçirilməsi; Davamlı olaraq

çap məhsullarını nəşr etmək; Türk Dünyasının tarixində mühüm

əhəmiyyət kəsb edən tarixi şəxsiyyətlərin, mədəniyyət,

incəsənət, ədəbiyyat hadisələrinin xatırlanması üçün kütləvi

247

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!