21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

nasibətlərinin inkişafına yeni bir ab-hava gətirmiş, yeni təkan

vermişdir. Səfər zamanı ölkələrimiz arasında əməkdaşlığın

daha da inkişaf etdirilməsi və genişləndirilməsi perspektivləri

nəzərdən keçirilmişdir. S.Dəmirələ Azərbaycan EA-nın fəxri

akademiki diplomu təqdim edilmişdir (55, s. 155). T ərəflər,

ənənəvi dostluq və qardaşlıq münasibətlərini genişləndirmək

əzmində olduqlarını bir daha təsdiq edərək, Türkiyə Radio-

Televiziya Təşkilatının TRT-1 televiziya proqramının Azərbaycan

Respublikasının bütün ərazisində yayılmasını təmin

etmək məqsədilə, iki ölkə arasında bu səfər zamanı imzalanan

sazişin hər iki ölkə və bu ölkələrin xalqları arasındakı anlaşma

və əlaqələrin möhkəmlənməsi yolunda daha faydalı olacağını

qeyd etmişlər. Azərbaycanda çalışan türk iş adamları tərəfindən

Quba şəhərində inşası nəzərdə tutulan təhsil mərkəzinin özülünün

qoyulması mərasimində iştirak etmək məqsədi ilə Türkiyə

Respublikasının Dövlət Nazirləri N.K.Zeybek və A.Demircan

4-9 oktyabr 1996-cı il tarixində Bakıda səfərdə oldular. Səfər

zamanı qonaqlar Azərbaycan Respublikasının Prezidenti Heydər

Əliyev tərəfindən qəbul olundular və digər rəsmi şəxslərlə

görüşlər keçirdilər (55, s. 164-165).

Türkiyə Respublikasının Prezidenti S.Dəmirəlin dəvəti ilə

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 5-8 may

1997-ci il tarixlərində Türkiyə Respublikasına ikinci dəfə rəsmi

səfər etdi. Səfər iki ölkə arasındakı münasibətləri daha yüksək

səviyyəyə qaldırdı və müxtəlif sahələri əhatə edən 9 sənəd

imzalandı (55, s. 183). Səfər zamanı Prezident Türkiyə Quru

Qoşunları Məktəbi ilə tanış olmuş, tələbələrlə və Azərbaycan

diasporunun nümayəndələri ilə görüş keçirmişdir. Türkiyənin

Quru Qoşunları Məktəbində oxuyan Azərbaycan övladlarının

necə təhsil alması ilə tanış olmuşdur. Prezident Polis Akademiyasında

da olmuşdur. Görüş zamanı bunların hamısının müstəqillik

yolunda ilk addımlarını atan Azərbaycanın bu günü,

gələcəyi üçün Türkiyə Cümhuriyyəti tərəfindən respublikamıza

göstərilən böyük yardım olduğunu vurğulamış, burada təhsil

71

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!