21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

32

__________Milli Kitabxana__________

Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri Ə.Qaraca,

M.Kəngərli və M.Müşteki qəbul etmişdir (17, s.58).

Həmin il fevralın 2-də Azərbaycan Prezidenti Heydər Əliyev

Türkiyənin Azərbaycandakı müvəqqəti işlər vəkili Vural

Atayla birlikdə həmin ölkənin Hacəttəpə Universitetinin professorları

Tansun Yılmaz, Bahettin Yediyıldız, Abdülhaluk

Çay və Hüseyin Cevizoğlunu qəbul etmiş, fevralın 3-də Türkiyənin

müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən jurnalistlərinin

bir qrupunu onların xahişi ilə qəbul etmiş, fevralın

7-də Türkiyənin ali məktəblərində təhsil almağa yola düşən

azərbaycanlı tələbələrin bir qrupu ilə görüşmüş və nitqlə çıxış

etmişdir. O, çıxışında bildirmişdir ki, “Türkiyə Azərbaycan

üçün qardaş, dost ölkədir. Türkiyə ilə Azərbaycan arasındakı

əlaqələrin qədim və zəngin tarixi var. İndi Azərbaycan Respublikası

bir müstəqil dövlət kimi Türkiyə Cümhuriyyəti ilə bütün

sahələrdə əlaqələrin inkişaf etdirilməsinə çalışır” (17, s.59).

Fevralın 8-də Süleyman Dəmirəlin dəvəti ilə qardaş ölkəyə

rəsmi səfərə yola düşən Heydər Əliyev Binə hava limanında

jurnalistlərə səfərlə bağlı müsahibə verərək demişdir ki, “Türkiyə

Azərbaycan üçün ən yaxın, qardaş və dost ölkədir. Xalqımızın

arasında böyük tarixə malik dostluq, qardaşlıq əlaqələri

var. Son illər Azərbaycan müstəqillik əldə etdikdən sonra bu

əlaqələr daha da mühkəmlənmişdir”. Türkiyə Cümhuriyyətinə

rəsmi səfərə başlayan Prezident Ankarada Atatürkün məqbərəsinə

əklil qoymuş, M.Ə.Rəsulzadənin məzarını ziyarət etmişdir.

“Çankaya” köşkündə rəsmi qarşılanma mərasimindən sonra

mətbuat nümayəndələri üçün bəyanat verən Prezident bir

daha bildirmişdir: “Bizim ölkələrimiz – Türkiyə Cümhuriyyəti

və Azərbaycan Respublikası dost və qardaş ölkələrdir. Xalqlarımızın

birliyi, qardaşlığı və dostluğu əsrlərdən-əsrlərə keçərək

formalaşmış və bu gün özünün yeni mərhələsinə çatmışdır”

(17, s.59). Fevralın 9-da öz iqamətgahında Türkiyədə yaşayan

azərbaycanlı icmasının nümayəndələri ilə görüşmüş Heydər

Əliyev, ona Ankaranın Hacəttəpə Universitetinin fəxri doktoru

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!