21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

ingilis dilinin oynadığı rolu indi hansısa bir türkcə mütləq aparmalıdır.

Müxtəlif türk dillərindən sözləri götürməklə ortaq bir

dil yaratmaq istəyənlərin mövqeyinə hörmətlə yanaşsaq da, fikrimizcə,

bu heç də problemin həlli yolu deyildir. Onsuz da indiki

texnoloji inqilab vaxtı bütün dillər arasında sıx bir əlaqə vardır,

sözlər alınır, sözlər verilir. Bu zaman məsafədən təhsil də

asanlaşacaq. Düzdür, ucuz başa gələn bu təhsil formasında insani

hisslər, tələbələrin rəqabəti, gənclərin intellekt yarışması

zəif olacaq. Bilgi öyrənmək, onu qazanmaq yolları çox fərqlidir

və tez-tez dəyişir. Keçən ilin bilgisi ilə builki məlumatlar, elmi

dəyərlər arasında böyük fərqlər mövcuddur. Türk Dünyasında

yaşayan insanlar yeniliklərdən geri qalmamalı, hər bir dəyişikliklərə

birlikdə hazır olmalıdır (43, 2005, 18 mart, № 11).

Türkiyənin elm və təhsil mütəxəssisləri nəşriyyat məsələlərinə

də xüsusi diqqət yetirmişlər. Onlar vurğulamışlar ki, çox

böyük dühalar və yaradıcı şəxsiyyətlər yetirən bir ədəbiyyat

olaraq Azərbaycan ədəbiyyatını yaxından tanıtdıran nəşriyyatlar

Türkiyədə yoxdur. Amma quzeyli-güneyli Azərbaycan

yazarlarından B.Vahabzadə, M.Şəhriyar kimi şairlər, Anar və

Elçin kimi nasirlər son illər Türkiyədə çox çap olundular, onlar

tanınırlar, oxunurlar. Biz özümüz də Anarın əsərlərini sevəsevə

oxuyuruq, bəzilərini isə türkcəmizə uyğunlaşdırmışıq.

Bundan qabaq Türkiyə Mədəniyyət Nazirliyinin maliyyə

dəstəyi ilə M.C.Məmmədquluzadənin həyat yoldaşı Həmidə

xanımın “Xatirələr”ini bir kitab şəklinə salaraq Türkiyədə nəşr

etdirmişik (43, 2005, 18 mart, № 11).

97

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!