21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

bul opera və balet teatrının baş direktoru, gənc Azərbaycan

musiqişünası Elşad Bağırovun, Ankara operasının skripkaçısı,

Azərbaycan Respublikasının xalq artisti Sərvər Quliyevin

adları xüsusi ilə qeyd olundu. Öz növbəsində Anadolu türkləri

İstanbul studiyasının “Varlıq” kino festivalının Azərbaycanda

yüksək səviyyədə keçməsi xəbəri onlar üçün xoş idi. Maraqlıdır

ki, festivalın proqramında türk folklor qrupu ilə müşayiət

olunan “Xarı bülbül”ün çıxışları da var idi. Bu, bir daha

Azərbaycan – Türkiyə mədəni əlaqələrinin qarşılıqlı inkişafını

göstərən dəlildir. Məşhur türk bəstəkarı Nehit Kodallının “Van

Qoq” operasının M.F.Axundov adına akademik teatrında premyerası

mühüm hadisə idi. Bu, iki qardaş ölkədə yaşayan vahid

xalqın ümumi mədəniyyətinin inkişafının təntənəsi idi. Təsadüfi

deyildir ki, həmin günlər Tükiyə, Azərbaycan mətbuatı, radio

və televiziyası bu tarixi hadisələri lazımi səviyyədə qeyd

edərək xalqların qarşılıqlı mədəni əlaqələrinin inkişafında yeni

atılan addım kimi qiymətləndirdi (3, s.82).

1991-ci ilin yanvarında Türkiyədə C.Cabbarlı adına “Azərbaycanfilm”

kinostudiyasının istehsal etdiyi filmlərin festivalı

uğurla başa çatdı. Ankara, İstanbul, Ərzurum və digər şəhərlərdə

respublikamızın beş filmi nümayiş etdirildi. Festivalın

açılışı Ankara şəhərində oldu. Açılışda Türkiyənin mədəniyyət

naziri N.K.Zeybək, Azərbaycan kinematoqrafçılar ittifaqının

birinci katibi Rasim Balayev, kino-rejissor Eldar Quliyev,

əməkdar artist Həmidə Ömərova, “Azərkinovidio” istehsalat

birliyi direktorunun müavini Yusif Şeyxov və b. çıxış etdilər.

Festival “Nizami” filmi ilə başladı və “Dədə Qorqud”, “O

olmasın, bu olsun”, “Əzablı yollarla”, “Yaramaz” filmləri ilə

qurtardı. Türk mətbuatı, radio və televiziyası festivalın gedişi

və nəticəsini geniş işıqlandırdı. Səfər zamanı birgə “Tomris”

filmi çəkmək, habelə Azərbaycanda Türkiyənin 100-ə qədər

bədii və videofilmini nümayiş etdirmək barəsində saziş

bağlandı (3, s.83).

195

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!