21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

204

__________Milli Kitabxana__________

fəxrlə daşıyacağını söyləmişdir. Görüşdə türk dünyası dövlətlərinin

qarşılıqlı ədəbi-mədəni əlaqələri, bu əlaqələrin televiziyada

təbliği və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Şenol Dəmiröz bildirmişdir ki, TRT-də “Türk dünyasının

ulduzları” adlı silsilə proqram hazırlanacaq və həmin proqram

Azərbaycanın Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət

Əmirov, Bəxtiyar Vahabzadə, Anar və digər məşhur sənətkarlarına,

eləcə də başqa türkdilli xalqların dünyaya bəxş etdiyi

görkəmli şəxsiyyətlərə həsr ediləcəkdir (43, 3 dekabr 2004-cü

il, № 46).

2005-ci ilin Novruz bayramı ərəfəsində isə mətbuatda

xəbər verilirdi ki, Türkiyə Televiziya və Radio Qurumunun

(TRT) Bakı təmsilçiliyi Novruz bayramı ilə əlaqədar “Türk

dünyasında Novruz” adlı proqram hazırlayır. Verilişdə ölkəmizdə

bu milli bayramın keçırilməsinə xüsusi yer ayrılacaq.

TRT-nin Bakı təmsilçisi Əbdülhəmid Avşarın verdiyi məlumata

görə, Azərbaycanın bölgələrində, Bakının kəndlərində,

İçərişəhərdə çəkilişlər aparılacaq, türk dünyasının bir qolu kimi

ölkəmizdə Novruzun tarixindən, adət-ənənələrindən danışılacaq.

Onun sözlərinə görə, Azərbaycan Novruzu çox təmtəraqla

qeyd edən türk dövlətlərindən biridir və buradan hazırlanmış

süjetlər daha maraqlı olacaq. Bayram günlərində TRT kanallarında

efirə çıxacaq proqramın Azərbaycan televiziyalarından

biri ilə canlı yayımlanması da nəzərdə tutulub (43, 18 mart

2005-ci il, № 11).

Həmin il aprelin 29-da isə Müslüm Maqomayev adına

Azərbaycan Dövlət Filarmoniyasında AMEA-nın fəxri üzvü,

Azərbaycan Tibb Universitetinin fəxri doktoru, Türk dünyasının

böyük oğlu, görkəmli alim və ictimai xadim, professor

İhsan Doğramacının anadan olmasının 90 illiyinə həsr olunmuş

təntənəli yubiley gecəsi keçirilmişdir. Yubiley gecəsini

AMEA-nın prezidenti akademik Mahmud Kərimov açdı. Sonra

Azərbaycan Tibb Universitetinin rektoru, AMEA-nın həqiqi

üzvü Əhliman Əmiraslanov və Azərbaycan Mədəniyyət Fondu-

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!