21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

__________Milli Kitabxana__________

Zirvə görüşüdür. Hər bir Zirvə görüşündə biz çox məsələlərə

baxırıq. İndi bəyannamə hazırlanıb razılaşdırılıbdır. Türkdilli

dövlətlərin elm, mədəniyyət sahəsindəki işbirliyi, bizim tarixi

köklərimiz, ədəbiyyat, mədəniyyət sahəsindəki şəxsiyyətlərimiz

və bunların əsasında indi bizim türkdilli dövlətlər arasında

çox yaxşı işbirliyinin yaranması, iqtisadi əlaqələr, – təbiidir ki,

bu, əsas yer tutur. Türkdilli dövlətlərin başçılarının Zirvə görüşlərinin

Daimi Katibliyinin və onun iqamətgahının Türkiyədə

yerləşdirilməsi barədə təklif də səslənmişdir. Türkmənistan

Prezidenti növbəti, VIII Zirvə görüşünün 2002-ci ildə Aşqabadda

keçirilməsini təklif etmişdir (55, s.250-253).

Dövlət başçıları Zirvə görüşü zamanı hazırlanmış İstanbul

bəyannaməsinin müddəalarını bəyəndiklərini bildirmişlər. Elə

həmin gün türkdilli ölkələrin dövlət başçıları İstanbul bəyannaməsini

imzalamışlar. Bəyannamədə göstərilir ki, Azərbaycan

Respublikasının Prezidenti Heydər Əliyev və digər türk dövlətlərinin

başçıları 2001-ci il aprelin 26-27də İstanbulda türkdilli

ölkələrin dövlət başçılarının VII Zirvə görüşünü keçirmişlər.

Dövlət başçıları xalqlarımızın bir sıra problemlərinə dair

qərara gəlmişlər ki, burada bilavasitə mədəniyyətlə bağlı olanlarının

yalnız bəzilərinə toxunuruq. Beləliklə dövlət başçıları:

– aralarındakı tarix, mədəniyyət və dil birliyinin

əhəmiyyətini, dostluq, hüquq bərabərliyi və qarşılıqlı

mənafelərə hörmət ruhunda bütün sahələrdə dövlətlərarası

münasibətlərin və əməkdaşlığın mövcud yüksək səviyyəsini

qeyd edərək;

– bir sıra mədəniyyət məsələləri barədə fikir mübadiləsi

apararaq bəyan edirlər:

– Dövlət başçıları tarixi, dil və mədəni əlaqələrin möhkəmləndirilməsinə

və bu istiqamətdə işin gücləndirilməsinə

tərəfdar olduqlarını, TÜRKSOY-un təhsil və mədəniyyət

sahəsində fəaliyyətinin müsbət töhfə verdiyini bildirmiş və bu

təşkilatın fəaliyyətini bundan sonra da təşviq edəcəklərini

vurğulamışlar.

221

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!