21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

194

__________Milli Kitabxana__________

İncəsənət Universitetində Yunis İmrənin xatirəsinə həsr olunmuş

teatrlaşdırılmış ədəbi-bədii gecə keçirildi. Tələbə səhnəsindən

təkcə Yunis İmrənin inci kimi səf-səf düzülmüş sətirləri

deyil, həm də Azərbaycan xalq yaradıcılığı nümunələri, Aşıq

Veysəl, Dədə Ələsgər, Abbas Tufarqanlı, Aşıq Şəmçir, Mikayıl

Azaflının ölməz əsərləri zövqləri oxşadı. Gecədə “Aşıq Pəri”

məclisinin iştirakçısı Zülfiyyənin çaldığı zərif havalar ədəbibədii

gecəni daha rövnəqləndirdi (3, s.79-80).

Azərbaycan Dövlət Akademik Dram Teatrında türk dramaturqu

Sadıq Şendilin “Qanlı Nigar”, Gəncə Dram Teatrında

Suad Dərvişin “Fosforlu Cövriyyə” pyesinin tamaşaya qoyulması

Azərbaycan – Türkiyə mədəni əlaqələrinin möhkəmlənməsinin

təcəssümüdür. Azərbaycan Dövlət Akademik Opera və

Balet Teatrında Adnan Sayqunun “Kərəm” operasını səhnəyə

qoymaqda türk həmkarlar – bəstəkar Adnan Sayqun, dekorator

Əcər Başkut və sənətşünas Aydın Gün fəal iştirak etdilər.

1990-cı ilin fevralında Türkiyənin Bursa şəhərindəki Əhməd

Vəqif Paşa adına Dövlət Teatrında Ü.Hacıbəyovun “Məşədi

İbad” əsəri tamaşaya qoyuldu. Teatrın müdiri Feyxa xanım

Cələng həmin ilin avqustunda Azərbaycanda oldu. Bu səfərdə

Gəncə ilə qardaşlaşmış Bursa şəhər teatrlarında qarşılıqlı türk

və Azərbaycan pyeslərini tamaşaya qoymaq əsas məqsəd idi (3,

s.81).

Azərbaycan – Türkiyə mədəni əlaqələri iki respublika arasında

yaranmış geniş əlaqələr spektrini özündə cəmləşdirdi və

gələcəkdə bu əlaqələri daha da inkişaf etdirməyi zəruri hesab

edirdi. Bu meyli konkret işlə nümayiş etdirmək üçün 1990-cı

ilin iyununda Mədəniyyət naziri Polad Bülbüloğlu türkiyəli

həmkarı Namik Kamal Zeybəkin dəvəti ilə qonşu ölkədə oldu.

Polad Bülbüloğlu ilə N.K.Zeybəkin görüşündə son dövrdə

mədəni əlaqələr sahəsində böyük inkişafın olduğu qeyd edildi.

Türkiyə mədəniyyət naziri Bosfor sahilində keçirilən Azərbaycan

günlərinə, Azərbaycan Akademik dram teatrının qastroluna,

Lütfiyar İmanovun çıxışlarına yüksək qiymət verdi. İstan-

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!