21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

170

__________Milli Kitabxana__________

15 ölkədən Bakıda keçirilən “Ortaq türk keçmişindən ortaq

türk gələcəyinə” II Uluslararası folklor konfransına gəlmiş tədqiqtçı

alimlər içərisində Mahmud Kərimov, Ağamusa Axundov,

Hüsyn İsmayılov kimi bir çox türk ziyalıları Azərbaycan –

Türkiyə elmi-mədəni əlaqələrinin perspektivləri ilə bağlı çox

konstruktiv təkliflərlə çıxış etdilər (43, 19 mart 2004-cü il).

“Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” II Uluslararası

Folklor Konfransının (17-21 mart 2004-cü il) bağlanış

törənindəki yekun nitqi zamanı professor Hüseyn İsmayilov

tədbirə qatılanlara xitabən bildirdi ki, “Hörmətli qonaqlar, əziz

konfrans iştirakçıları iki günlük gərgin işdən sonra konfransımızın

belə böyük nəticələr əldə etməsindən duyduğum sonsuz

sevinc və qürur hisslərini sizlərlə bölüşməkdən böyük

məmnunluq duyuram. Bu günlərdə türk dünyasının müxtəlif

ölkələrindən gəlmiş 36 qonağımızın, o cümlədən Azərbaycan

alimlərinin üst-üstə yetmişdən yuxarı məruzəsi dinlənildi. Onu

deyim ki, bu məruzələrin hamısı bir-birindən maraqlı və dəyərli

idi. Onların hamısını birləşdirən bir ümumi xətti qeyd

etmək istəyirəm: ümumtürk folklorunun problemləri. Bu nəhəng

konfrans öz say və sanbal əzəməti, nəticəsinin möhtəşəmliyi

ilə olduqca müqəddəs bir işə – türk folklorunun öyrənilməsinə

həsr edildi (73, 410-413).

Natiqin çıxışında da vurğulandığı kimi təbii ki, konfransın

məqsədi yalnız bu deyildi. Məqsəd daha gərəkli bir missiyanı

həyata keçirməyə yönəldilmişdi. Bu gün bir sıra subyektiv və

obyektiv tarixi proseslər nəticəsində bir-birindən ayrı düşən,

qan və gen baxımından bir olan türk xalqlarının nümayəndələri

bir araya toplaşıb. “Məqsədimiz isə türk mənəviyyat dünyamızın

sirli-sehrli aləminə, qırxıncı otağına varmaqdır. Mən ulu

babalarımızın minilliklərin arxasından bu günə gətirib çatdırdıqları

bu nadir söz və sənət nümənələrini etnik-mənəvi yaddaşımızın

qırxıncı otağı hesab edirəm. Axı, bu böyük mənəvi

dünyamıza gedən bütün yollar məhz oradan, folklorumuzdan

keçir. Bu gün Bakıda keçirilən bu folklor konfransı böyük türk

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!