21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

50

__________Milli Kitabxana__________

hökumətini Şalva Eliva, Aleksandr Svanidze; Türkiyə hökumətini

Kazım Qarabəkir Paşa, deputat Vəli bəy, keçmiş ictimai

işlər naziri Muxtar bəy, Türkiyənin Azərbaycandakı səlahiyyətli

nümayəndəsi Mehmud Şövkət bəy; Rusiyanı isə vasitəçi

kimi Latviyadakı səlahiyyətli nümayəndə Yakov Qanetski

təmsil edirdilər. Konfransda açılış nitqi söyləyən Kazım Qarabəkir

Paşa hərarətli çıxış edərək ümumi işə uğurlar arzuladı.

Qanetski də açılışda çıxış edərək Türkiyənin düşdüyü çətin

vəziyyətdən çıxacağına ümid etdiyini bildirdi, Azərbaycan –

Gürcüstan – Ermənistan dostluğundan və Türkiyə – Yunanıstan

münasibətlərindən söz açdı (5, s.140).

Açılış mərasimində Ermənistandan A.Mravyan üç Güney

Qafqaz respublikası adından çıxış etdi. O, “qardaş türk xalqının

imperializmə və zorakılığa qarşı mübarizədə qalib gəlməsini

Güney Qafqaz xalqlarının arzulamalarının konfransda qeyd

edilməsini və möhkəmləndirilməsini” vacib saydı.

Mübahisə yaradan məsələlərdən biri müqavilənin vahid,

yoxsa hər bir respublika ilə ayrı-ayrılıqda bağlanması barədə

idi. Bu məsələdə Türkiyənin, Rusiyanın və Güney Qafqaz respublikalarının

mövqeləri toqquşurdu. Türk diplomatiyası hər

bir respublika ilə ayrıca müqavilə bağlamağı təklif etdi. Kazım

Qarabəkir Paşa türk diplomatiyasının mövqeyini belə dəlillərlə

əsaslandırdı: “Moskva sovet hökuməti Güney Qafqaz respublikalarını

müstəqil tanıdığını bildirir. Ona görə də biz onların hər

biri ilə müstəqil dövlətlər kimi ayrıca müqavilə bağlamaq istəyirik.

Bu barədə bizə Kamal Paşa göstəriş vermişdir”. Türk

diplomatiyasının bu mövqeyi Rusiya diplomatiyası tərəfindən

qəbul olunmadı. Rusiya üç respublika ilə birgə vahid müqavilə

bağlamağı təklif etdi. Tərəflərin mövqeyinin toqquşması mübahisələri

qızışdırdı. Kazım Qarabəkir Paşa öz hökuməti ilə məsləhətləşmənin

zəruri olduğunu bildirdi. Ankara ilə əlaqə saxladıqdan

sonra konfrans iştirakçılarına hökumətinin mövqeyini

bir daha bəyan etdi. “Müqavilə Güney Qafqaz respublikalarının

hər biri ilə ayrıca bağlanmalıdır”. O, bu mövqeyini 28 sentyabr

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!