21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

174

__________Milli Kitabxana__________

matda bildirilir: Ege Üniversitetinin quruluşunun 50-ci ildönümü

münasibətilə Türk Dünyasındaki dil, tarih, kültür araştırmalarını

tanımak ve tanıtmak, ilgili bilim quruluşları ve elm

adamları arasında əməkdaşlığa nail olmaq, yeni araştırmalarla

məlumat dairəmizi zənginləşdirmek məqsədilə, Ege Üniversitetinin

Türk Dünyası Araşdırmaları İnstitutu tərəfindən, 09-15

aprel 2006 tarixleri arasında, “Türk Dünyası’nda dil, edebiyat,

halk bilimi, tarih, coğrafya, antropoloji, uluslararası əlaqələr,

kültür vb.” məsələlərin müzakirə ediləcəyi beynəlxalq mədəniyyət

qurultayı keçiriləcəkdir. Bu qurultayda iştirak etməyi

arzu edən elm adamlarının, öz tədqiqat sahələrində Türk Dünyasının

aktual problemlərinin həllinə yönəlmiş, nəzəri ve metodik

baxımdan müstəqil elmi tədqiqatlarını fərqli ölkələrdən

gələn elm adamları ilə bölüşmələrini arzu etməkdəyik (167).

Respublikamızda Azərbaycan – Türkiyə elmi-mədəni əlaqələrinə

həsr edilmiş tədbirlərdə isə Türkiyədən olan alimlərin

də iştirakı ənənəvi hal almaqdadır. Məsələn, ötən il mayın 23-

də AMEA-nın iclas salonunda Bakıda I Türkoloji Qurultayın

80 illiyinə həsr edilmiş elmi konfransı bu baxımdan nümuməvi

hesab etmək olar. AMEA-nın və Təhsil Nazirliyinin birgə keçirdikləri

konfransda Azərbaycan türkoloqları ilə yanaşı, Türkiyə,

Qazaxıstan, Tatarıstan, Qaqauz Yeri, İran, Gürcüstan və

Moskva alimləri, Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı

da iştirak etmişlər. Elmi konfransı açan AMEA-nın prezidenti,

akademik Mahmud Kərimov I Türkoloji Qurultayı türk xalqlarının

tarixində ən böyük hadisələrdən biri adlandırmış və

onun 80 illik yubileyinin Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 9 noyabr tarixli sərəncamına əsasən qeyd edildiyini

vurğulamışdır. Bildirilmişdir ki, birinci qurultayın işində

keçmiş SSRİ məkanının türkdilli xalqlar yaşayan bütün bölgələrindən,

xarici ölkələrdən dəvət olunmuş 131 tanınmış alim

iştirak etmişdir. İştirakçıların ümumi sayı isə 600 nəfər idi.

Doqquz gün ərzində 17 iclas keçirilmiş, türkdilli xalqların tarix

və etnoqrafiyasına, ədəbiyyatına, dilçilik məsələlərinə, türk

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!