21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

238

__________Milli Kitabxana__________

Amma eyni zamanda bu görüşlərin iqtisadi əməkdaşlıq tərəfi

də vardır. Bu da çox əhəmiyyətlidir. Amma siz isə, bir də qeyd

edirəm, bizim türkdilli xalqların ən incə və ən vacib işi ilə

məşğulsunuz. Ticarət bu gün də, sabah da var. Bu, ola bilər ki,

türkdilli, başqa dilli dövlətlə olsun – ticatrət elə ticarətdir. Dünya

ticarətsiz, iqtisadiyyatsız yaşaya bilməz. Ticarətin, iqtisadiyyatın

nə milliyyəti var, nə də milli kökü var. Amma mədəniyyətin,

dilin, milli dəyərlərin, ənənələrin – bunların böyük tarixi

və dərin kökləri vardır (56, s.215).

16 iyul 2002-ci il tarixində türkdilli ölkələrin mədəniyyət

nazirlərinin daimi şurasina müraciət edən Heydər Əliyev

demişdir: “Sizə – türkdilli ölkələrin mədəniyyət nazirlərinə və

Beynəlxalq TÜRKSOY təşkilatının yaradılmasının 10 illik

yubileyinə həsr olunmuş bütün mərasim iştirakçılarına səmimi

salamlarımı yetirir, ölkələrimizin mədəni həyatındakı bu əlamətdar

hadisə münasibəti ilə hamınızı Azərbaycan xalqı və

dövləti adından ürəkdən təbrik edirəm. Keçən əsrin son on

illiyində dünyada baş verən qlobal siyasi hadisələr nəticəsində

sovet imperiyası dağıldı, uzun illər onun tərkibində yaşamağa

məcbur olmuş xalqlar siyasi müstəqilliyini qazanaraq öz suveren

dövlətlərini yaratdılar. Bu xalqların qarşısında milli-mənəvi

dirçəliş yolunda, dünya xalqları ailəsində özünə layiq yer tutmaq

üçün geniş üfüqlər açıldı. Zəngin və qədim mədəni irsə

sahib olan türkdilli xalqlar da tarixin bəxş etdiyi bu gözəl

fürsətdən istifadə edərək milli-mədəni özünəqayıdış yolunda

ciddi addımlar atmağa başladı. Eyni zamanda, soya, dilə tarixi

və mədəni keçmişə, adət-ənənəyə malik olan xalqlarımızın

mənəvi həyatında gedən prosesləri əlaqələndirmək və düzgün

istiqamətləndirmək məqsədi ilə həmin dövrdə TÜRKSOY

Təşkilatının yaradılması bu yolda vaxtında atılmış faydalı bir

addım oldu” (43, 19 iyul 2002-ci il, № 29).

Azərbaycan Prezidenti müraciətində bunları da əlavə etmişdir

ki, TÜRKSOY bəşər sivilizasiyası xəzinəsinə Dədə Qorqud,

Manas, Nizami, Füzuli, Yəsəvi, Mahmud Qaşqarlı, Yusif

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!