21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

rində elm və texnologiyanın inkişaf problemləri və perspektivləri”

mövzusunda və s. sahələr üzrə keçirilən konfransları,

habelə yubileyləri də qeyd etmək olar. 90-cı illərdə iki ölkə

arasında elmi əməkdaşlığın digər istiqaməti – Azərbaycan –

Türkiyə elmi mərkəzlərində qarşılıqlı şəkildə elmi-pedaqoji

fəaliyyətin aparılmasıdır.

1995-ci ilə olan məlumata görə Türkiyənin müxtəlif universitetlərində

50 nəfərdən artıq Azərbaycan EA-nın elmi işçiləri,

o cümlədən elmlər namizədləri və doktorları İstanbul, Ankara,

Ərzurum, Trabzon, Konya və bir sıra başqa ali məktəblərdə

elmi-pedaqoji fəaliyyət göstərmişlər. Ümumiyyətlə, 1991 –

1995-ci illərdə Azərbaycan alimlərindən 360 nəfəri Türkiyəyə

ezam olunmuşdur.

Elmi əlaqələrin formalarından biri də elmi əsərlərin çap etdirilməsidir

ki, bu sahədə də Azərbaycan – Türkiyə elmi-mədəni

əlaqələri təqdir edilməlidir. Belə ki, 1992-ci ildə “Azərbaycan

dilinin dialektoloji lüğəti”nin, dah sonra “Azərbaycan –

Türkiyə çoxişlənən sözlər lüğəti”nin hazırlanaraq Türkiyədə

nəşr edilməsini qeyd etmək olar. Bundan başqa, Azərbaycan

EA-nın fizika alimləri müntəzəm olaraq “Türk fizika jurnalı”nda

öz elmi məqalələri ilə çıxış etmişlər. Həmin jurnalın redaksiya

heyətində Azərbaycan alimləri də təmsil olunmuşlar.

1993-cü ildə Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyi ingilis

və türk dillərində 3 ayda bir dəfə nəşr edilən “Avrasiya təhsili”

adlı jurnal təsis etmişdir.

Azərbaycan – Türkiyə elmi əməkdaşlığının daha bir istiqaməti

isə elmi məlumatların mübadiləsidir və bu sahədə də əlaqələrimizin

inkişafı üçün ciddi işlər görülmüşdür. Məsələn,

Azərbaycan MEA tərəfindən “Məruzələr”, “Xəbərlər”, “Kimya”,

“Hesablama-riyazi məsələləri”, “Diferensial tənliklər və

funksiomal nəzəriyyənin xüsusi məsələləri” və s. məcmuə və

jurnallar, habelə digər elmi nəşrlər Türkiyəyə göndərilmişdir.

Azərbaycan və Türkiyə arasında informasiya mübadiləsini gücləndirmək

məqsədilə Azərbaycan EA Rəyasət Heyətinin 13 ap-

155

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!