21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

__________Milli Kitabxana__________

onlarla mehriban qonşuluq münasibətlərinin və işgüzar əlaqələrinin

qurulması üçün hüquqi-siyasi zəmin hazırladı; özünün

Güney Qafqaz respublikaları ilə olan sərhədlərinin təhlükəsizliyini

təmin etdi.

Konfransda vasitəçi rolunu oynayan rus diplomatiyası

üçün: öz siyasi məqsədlərinə çatmaqda rus diplomatiyası tanınmayan

bolşevik hökuməti üçün Türkiyədən yeni dəstək aldı;

Güney Qafqaz respublikalarını vahid dövlətdə birləşdirməkdən

ötrü ciddi addımlar atdı; Türkiyə ilə sərhədlərində təhlükəsizliyi

təmin etdi; Güney Qafqazda öz təsirini və hökmranlığını

möhkəmləndirdi; üç respublikanı Türkiyəyə qarşı qoymaq üçün

cəhdlər etdi (5, s. 142-143).

Azərbaycan, Gürcüstan və Ermənistan diplomatiyası üçün:

bu respublikaların Türkiyə ilə ərazi məsələləri həll edildi; Türkiyə

ilə mehriban qonşuluq münasibətlərinin əsası qoyuldu;

müqavilə imzalanması zahirən üç respublikanın müstəqil xarici

siyasət yeritməsi kimi təbliğ edilsə də əslində konfransda üç

respublikanın göstəriş verəni konfransda mühüm rol oynayan

Rusiya idi.

Türkiyə Böyük Millət Məclisi 1922-ci il martın 17-də 172

səslə Kars müqaviləsini təsdiq etdi. 1922-ci il martın 3-də

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin III sessiyasının

iclasında Kars müqaviləsi yekdilliklə təsdiq olundu. Martın 20-

də Ermənistan, iyunun 14-də isə Gürcüstan Mərkəzi İcraiyyə

Komitələri müqaviləni təsdiq etdilər. 1922-ci il sentyabrın 11-

də İrəvanda təsdiq fərmanları mübadilə edildi və Kars müqaviləsi

həmin gündən qüvvəyə mindi. Kars müqaviləsi imzalandıqdan

sonra, hələ təsdiq olunmasına qədər Güney Qafqaz –

Türkiyə konfransı keçirildi. Kars müqaviləsinin maddələrini

həyata keçirmək məsələlərinə həsr edilmiş bu konfrans 1922-ci

il fevralın 15-də Tiflisdə öz işinə başladı. Aprelin 15-dən iyulun

9-dək Rusiya və üç Güney Qafqaz respublikası ilə Türkiyə

arasında aşağıdakı konvensiyalar imzalandı: Konsul konvensiyası;

konsul konvensiyasına əlavə; hüquqi yardım haqqında

53

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!