21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

30

__________Milli Kitabxana__________

Protokolu Türkiyə Cümhuriyyəti adından Baş Nazir Süleyman

Dəmirəl və Naxçıvan Muxtar Respublikası adından Ali

Məclisin Sədri Heydər Əliyev imzalamışlar. İmzalanma

mərasimində Türkiyə Cümhuriyyətinin Baş Naziri Süleyman

Dəmirəl və Heydər Əliyev nitqlə çıxış etmişlər. Heydər Əliyev

öz çıxışında bəyan edirdi ki, “Hörmətli Baş Nazir Süleyman

Dəmirəlin dəvəti ilə mənim Türkiyədə olmağım bütün naxçıvanlılar

üçün böyük bir hədiyyədir, böyük bir mükafatdır. Və

buna əsasən, bu gün burda belə bir müqavilənin imzalanması,

bir daha qeyd edirəm, Naxçıvanın həyatında tarixi bir hadisədir.

Bunu biz tarixi sənəd kimi qiymətləndiririk” (17, s.34).

Ankarada 2 günlük rəsmi görüşlərini başa çatdıran Heydər

Əliyev oradan İstanbula səfər etmişdir. Türkiyəyə səfəri zamanı

Heydər Əliyev həmçinin Kars, İqdır şəhərlərinin rəhbərləri

ilə görüşüb danışıqlar aparmış, həmin şəhərlərin tarixi abidələri,

görməli yerləri ilə tanış olmuşdur. Həmçinin Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev

Naxçıvanda Türkiyənin ali məktəblərinə qəbul olunmuş tələbələrlə

görüşmüşdür (17, s.35, 42). 19-25 aprel 1993-cü il tarixində

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Əbülfəz

Elçibəylə birlikdə Türkiyə Cümhuriyyətinin Prezidenti Turqut

Özalın Ankarada və İstanbulda keçirilən matəm mərasimlərində

iştirak etmişdir (17, s.46-47).

Artıq 1993-cü ildə müasir Azərbaycan tarixinin ən önəmli

hadisələrindən biri baş verir. Azərbaycan xalqını tarixi bir böhrandan

qurtarmış Heydər Əliyev Azərbaycan Respublikasının

Prezidenti seçilir. Fəaliyyətə başladığı gündən elm, təhsil və

mədəniyyətə mühüm önəm verən ümummilli liderimiz bu

istiqamətdə ciddi addımlar atmağa müvəffəq olur. Belə ki, hələ

ölkəmizin daha ciddi problemləri olduğu bir vaxtda – 26 oktyabr

1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev Türkiyə Cümhuriyyətinin qurulmasının 70

illiyi münasibəti ilə keçirilən “Türkiyə Cümhuriyyəti–70” elmi-

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!