21.11.2014 Views

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji ...

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

188

__________Milli Kitabxana__________

ədiblərinin, o cümlədən Əli Yavuz Akpınarın fəal iştirakı Azərbaycan

ədəbiyyatına qonşu ölkədə olan marağın təcəssümüdür.

O, M.F.Axundzadənin yaradıcılığını hərtərəfli tədqiq edərək

elmlər doktoru adını aldı, dramaturqun əksər komediyalarını

Türkiyədə nəşr etdirdi. Azərbaycanda təsis edilən M.F.Axundzadə

adına mükafata ilk təqdim olunanlardan biri oldu. 1991-ci

ilin aprelində Türkiyədə mühacir Azərbaycan ədəbiyyatının I

beynəlxalq simpoziumunun təntənəli keçirilməsi də türk oxucularının

Azərbaycan ədəbiyyatına rəğbətinin inikasıdır. Azərbaycandan

Türkiyəyə bədii əsərlər göndərildiyi kimi, qardaş

ölkədən də, o cümlədən Almaniya türk islam mədəniyyət dərnəkləri

birliyi adından Azərbaycana dair Qərbdə nəşr olunmuş

100 kitab hədiyyə göndərildi (3, s.64).

Azərbaycan – Türkiyə mədəni əlaqələrinin inkişafı ilə əlaqədar

Türkiyə türkcəsi və Azərbaycan Türkcəsinin qarşılıqlı

öyrənilməsi zərurət kimi qarşıda durdu. Hələ 1990-cı il

yanvarın 5-10-da respublikanın dövlət nümayəndə heyətinin

Türkiyə prezidenti Turqut Özal və başqa dövlət xadimləri ilə

rəsmi görüşlərində mədəni əlaqələrin genişləndirilməsi məsələləri

müzakirə edilərkən, Anadolu və Azərbaycan türkcəsinin

qarşılıqlı öyrənilməsi də qərara alındı. Azərbaycan qələm sahibləri

Türkiyəyə səfərlərinə və ümumiyyətlə, öz yaradıcılıqlarında

qonşu ölkənin həyatına xeyli yer verirlər. H.Mehdi,

R.Rza, B.Vahabzadə, Elçin, Rəfiq Zəka Xəndan, Xəlil Rza

Ulutürk və b. Türkiyədə oldular və yazılar verdilər. Elçin “Yaxın,

uzaq Türkiyə” kitabını buna həsr etdi. Azərbaycan – Türkiyə

mədəni əlaqələrinin möhkəmləndirilməsində mühüm xidmətlərinə

görə şair və alim Rəfiq Zəka Xəndan 1988-ci ildə

beynəlxalq Atatürk mükafatına, xalq şairi Bəxtiyar Vahabzadə

isə Türkiyə Respublikasının mədəniyyət xadimi fəxri adına

layiq görüldü və Atatürk qızıl medalı ilə təltif edildi. 1990-cı

ilin fevralında isə bir çox ölkənin, o cümlədən Türkiyənin

mətbuat və televiziya işçiləri Bakıda oldu, 1990-cı il 20 yanvar

faciəsi ilə maraqlandı, sonra qonşu ölkənin “Sabah”, “Son

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!