24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

müdafiə əmir, sipahsalar -hərbi rəis, qoşunların ali baş komandanı başçılıq edirdi. O,

Abşeron əhalisini, ehtimal ki, hətta öz iş heyvanları ilə birlikdə qala və digər

istehkamların tikintisində işləməyə məcbur edirdi. Bu istehkamlar əmirə, sipahsalara

yadelli işğalçılar və yerli feodallarla mübarizə aparmaqda və ondan asılı olan əhalini

itaətdə saxlamaq üçün lazım idi. 8

Abşeron və Bakıdakı müdafiə istehkamları Şirvanın Dərbənddən başlayaraq

sahil boyunca Bakıya qədər gəlib çatan qədim maneələr sisteminin davamı idi. Bu

sistem şimaldan, cənubdan və dəniz tərəfdən gələn düşmənlərin hücumlarını dəf etmək

üçün zəruri idi. Bu dövrdə (XI-XII əsrlər və sonralar - XIII-XIV əsrlərdə) ayrı-ayrı

içqalalar (Qız qalası) buxtadakı istehkam, şimal qala divarının yaxınlığındakı v ə

dövrümüzədək gəlib çatmamış başqa içqalalar qrupundan ibarət olmuşdur. Bu

içqalalara xidmət binaları ilə birlikdə qəsrdən kənar saray, məscid və onları əhatə edən

rabad daxil idi. 9 İkiqat qala divarı və xəndəklə əhatə olunmuş rabadda sənətkarlar və

tacirlər yaşayırdı. Bakı yüksəkliyinin zirvəsi içqaladan, kremldən ibarət olub, ehtimal

ki, üçüncü qala divarı ilə əhatə edilmişdi.

XIV əsrin sonu-XV əsrin əvvəllərində Bakıda qalanın əhalisini su ilə təchiz edən

su kəməri və kəhriz sistemi mövcud olmuşdur.

1953-cü ildə Bakıda Lermontov və B.Sərdarov küçələrinin tinində tikinti işləri

aparılarkən şimal-qərbdən cənub-şərqə doğru İçərişəhər istiqamətində su kəməri aşkar

edilmişdir. Su bu kəmərlə şəhərin dağlıq hissəsindəki (" Çəmbərəkənd") kəhrizlərdən

gəlirdi. 10 Şəhərin yuxarı hissəsində (Niyazi küçəsi) son vaxtlaradək qədim ovdan var

idi. Şah su kəməri adlanan bu xətlə su Bakı Sovetinin binası yaxınlığında qalaya daxil

olaraq, şəhərin indi Şirvanşahlar sarayının yerləşdiyi ərazidə yaşayan hissəsini su ilə

təmin edirdi."

1958-ci ildə bu rayonda torpaq işləri aparılarkən qala divarının yaxınlığında on

metr dərinlikdə yonulmuş dördkünc daşlardan çəkilmiş qədim su kəməri aşkara

çıxarılmışdır. Daşın iç tərəfdən eni 14 s m, hündürlüyü 20 s m-dir. Üzərində kufi xətlə

yazılmış kitabə olan daş həmin su kəmərinin XI-XII əsrlərə aid etməyə imkan verir.

1959-cu ildə bu yerin yaxınlığında, qala bürclərindən birinin altında açıldığı yerdə

uzunluğu 45 metrdən çox, hündürlüyü isə 1 metrə yaxın olan yeraltı lağım aşkar

edilmişdir. Lağımın qurtaracağında çatma tağtavanlı kamera var idi. Qurğu bütünlüklə

əhəngdaşından hörülmüşdü. Kameranın dərinliyi yer səthindən 8,9 m idi. Aşkar edilmiş

yeraltı lağım qalanı su ilə təchiz edən kəhrizlərdən birinin tərkib hissəsi, kamera isə, bir

növ sudurulducu hovuz olmuşdur .

1932-1934 və 1938-1939-cu illərdə Şirvanşahlar sarayının bərpası ilə əlaqədar

aparılmış arxeoloji işlər nəticəsində sarayın tutduğu ərazidə, daha doğrusu, onun bünövrəsinin

altında Şirvanşahlar sarayına qədərki daha erkən bir bina bünövrəsinin izlərinin qaldığı aşkar

olunmuşdur. Sarayın divarları tərəfindən üstü örtülmüş hörgü izləri qalmışdır (1-ci mərtəbə, otaq

№4, 12, 20).

Lağım, prof. Y.A.Paxomov, Mədəniyyət Nazirliyinin bərpa emalatxanasının və Respublika EA

Memarlıq və İncəsənət İnstitutunun əməkdaşları tərəfindən nəzərdən keçirilmiş və ölçülmüşdür.

101

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!