24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

xəlifədən sərhədləri şimaldan gələn köçərilərin basqınlarından qoruyan qoşunu

saxlamaq şərtilə, cizyədən azad olunmasını xahiş etmişdi.

Burada söhbət, şübhəsiz, Dərbənddən gedirdi. Mənbələrin məlu matına görə

Sasani şahları bu diyara böyük əhəmiyyət verirdilər. Onlar müdafiə sədləri və qala 14

tikdirməklə Dərbəndi möhkəmləndirir, burada onların etibar etdikləri müxtəlif

xalqların nümayəndələrindən ibarət böyük qarnizon saxlayırdılar; onların arasında

şirvanlılar da var idi. Qarnizon saxlamaq üçün daimi vəsait mənbələri lazım idi. 15 Yaqut

maraqlı məlumatlar gətirir: "Bu adamlara (mühafizəçi xalqlara) diyarı müxtəlif kafir

türk tayfalarından və digər xalqlardan müdafiə etmək üçün lazım bildikləri hər şeyi

tikməyə icazə verilirdi və onlar mərkəzi hakimiyyətdən heç nə istəmir, onu xərcə

salmırdılar". 16 Buradan belə bir nəticə çıxarmaq olar ki, onlar Dərbənd istehkamlarının

müdafiəsi üçün lazım olan vəsaiti də hələ ərəb istilasından xeyli əvvəl neft mədənlərinin

istismar edildiyi və yerində yaşayış məskəni, yaxud şəhərcik olan Bakıdan alırdılar. 17

Məlumdur ki, türklər VI əsrin ikinci yarısında şərqdə Çindən tutmuş, qərbdə

Qafqaz, Bizans və İrana qədər uzanan geniş imperiya yaratmışdılar. VI əsrin ikinci

yarısında türklər Qafqaza lap yaxın laşaraq, həmin vaxtdan etibarən Şirvana daim

basqınlar etməyə başladılar. Türklər buna qədər Qafqazdan keçən yola bələdidilər, belə

ki, VI əsr müəllifi Bizanslı Menandrın verdiyi xəbərə görə, türk xaqanı Dizavul İran,

sonralar isə Bizansla ipək ticarəti apar-maq və ticarət əlaqələri yaratmaq məqsədi ilə

568-ci ildə Altaydan elçilik göndərmiş və həmin elçilik "Qafqaz dağlarının özünü"

aşaraq Bizansa gəlmişdi. Görünür elçiliyin yolu Dərbənd keçidindən və Şirvandan

keçmişdir. 18 Şirvan son Sasani şahları və ilk ərəb valiləri dövründə köçəri türklərin və

xəzərlərin bir sıra dağıdıcı basqınlarına məruz qalmışdı. 19

Toponimika ilə yanaşı, bir sıra narrativ və lapidar mənbələrin öyrənilməsi köçəri

türklərin Abşerona erkən orta əsrlərdə gəldiyini göstərir. V əsrin birinci yarısı Bizans

müəllifi Panili Prisk erkən orta əsr mənbələrinin türklərlə eyniləşdirdiyi hunların

dəfələrlə Midiyaya hücum etdiklərini xəbər verir. Yol, ehtimal ki, Böyük Qafqaz

dağlarından keçirdi. Eramızın ilk əsrlərində belə basqınların birində hunlar geri

qayıdarkən düşmənlərin təqibindən qurtarmaq üçün "sualtı qayalardan od qalxan başqa

yolla gedərək öz ölkələrinə qayıtmışdılar". 20

Priskin Abşeron sahillərinə və onun yanar qazlarına aid məlumatları

hun-türklərin eramızın ilk əsrlərində Abşeronda olduqlarını, ehtimal ki, burada

məskunlaşdıqlarını göstərir. Abşeron ərazisindəki toponimika burada erkən orta

əsrlərdən etibarən qismən türkləşmə prosesi getdiyinə dəlalət edir. 21

Türklərin Dərbənd keçidindən Qafqaz A lbaniyasına köçməsi VI əsrdən

başlayaraq və sonralar, VIII əsr mənbələrində qeyd edilir. Türklər Abşerona girərək

VIII əsrin birinci yarısında Bakını tutdular. Türklərin bu dövrdə Bakıya basqınları ərəb

və erməni mənbələrində qeyd edilir. Ərəblər VIII əsrin əvvəllərində şimala - Dərbəndə

doğru və ondan şimal tərəfdəki ərazilərə işğalçılıq yürüşlərinə başladılar. Burada onlar

artıq V əsrdən dəfələrlə A lbaniyaya hücum edərək onların qala və şəhərlərini dağıdan

xəzərlərin və türklərin saysız-hesabsız ordusu ilə toqquşdular. 22 729-cu ildə xəlifə

Hişam (724-743) Cərrah ibn Abdullahı geri çağırdığı Məsləmə ibn Əbdül-məlikin

39

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!