24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

irlikdə Şivəlandakı beş üzüm bağı sahəsini və meşə yerini, habelə Bilgəhdəki üzüm

bağı sahəsini satın alıb abad edərək Badkuyə yaxınlığında dəfn olunan seçilmiş

pəhrizkar rəhmətlik Şeyx Əbu Səidin müqəddəs məzarına şəriətə müvafiq qayda üzrə

vəqf edib, açıqcasına dini mühafizəyə verdim. Onun mütəvəlliliyini isə həmin pirin kişi

övladlarına tapşırdım. Bu şərtlə ki, qeyd olunan yerin kişi övladları həmin mahalın

məhsulu hesabına əldə edilən vəsaiti məzara və öz iaşələri üçün, habelə məqbərənin

işıqlandırılması üçün sərf edərək, artığını isə kasıblara və oranı məskən edərək qonaq

qalan dərvişlərə ziyafət versinlər. Hərbiçilərə və varlılara, habelə vəsait sahiblərinə

ondan bəhrə və pay verməsinlər. Hakimlər, amillər, habelə divan və vəqf mübaşirləri

qeyd olunan vəqflərin mütəvəllilərindən bir dinar pul və ya bir batman məhsul tələb

etməsinlər. Vəqf qaydalarının dəyişdirilməsinə yol verməsinlər. Qeyd olunan şərtləri

dəyişdirməyə çalışan və cəhd göstərən adamlara Allahın, məlakələrin və bütün

adamların lənəti nəsib olsun. Düzgün yola sövq edən həqiqətlə dolu ayənin

məzmunundan özlərini qorusunlar və çəkinsinlər (hansı ki, orada deyilir): "Bunu

eşitdikdən sonra hər hansı adam onu dəyişdirsə, günahı onu dəyişdirən adamların

üzərinə düşəcəkdir". Hərtərəfli olaraq bu qayda ilə rəftar edib həmin vəziyyətin təsbit

olunması və davam etməsi yolunda çalışaraq buyuruqdan kənara çıxmasınlar". 60

Sənəddə vəqfin sinfi xarakteri aydın surətdə nəzərə çarpır. Vəqfnamədə

məqbərəyə verilən Şibani əkin yeri, Bilgəh və Şivələndəki üzüm bağları, meşə sahəsi

feodal torpaq sahiblərinin xüsusi kateqoriyasını təşkil edir. O, şirvanşahın nəzdində

zaviyə olan məza ra vəsiyyət etdiyi daşınmaz əmlakdan, becərilən torpaqlardan, habelə

qara neft quyularından ibarət idi. Gəlirin bir hissəsi xeyriyyə işlərinə, kasıbların və

dərvişlərin yedizdirilməsinə sərf olunurdu. Vəqfin gəlirinin böyük bir hissəsi onun

mütəvəllilərinə çatırdı. Dini vəzifələrin (indiki halda mütəvəlli şeyxlərin) vərəsəlik

qaydasına görə, həmin vəqf irsi mülkiyyətə çevrildi. Vəqfin faktik sahibi olan mütəvəlli

vəzifəsi isə (vəqfnamədə qeyd olunan şərtlə), adətən, irsi olaraq Əbu Səid Əbulxeyr

nəslinin şeyx övladlarına keçirdi.

Səfəvi şahlarının Bibiheybət məzarı şeyxlərinin adına verdiyi on fərmanda istər

Bakı rəiyyətinə, istərsə də Abşeron kəndlərinə aid müxtəlif vergi və mükəlləfiyyətləri

bildirən bir sıra istilahlara rast gəlinir. Fərmanlarda sadalanan vergi və mükəlləfiyyətlər

ağır yük kimi yerli feodallar və şah üsuli-idarəsi tərəfindən istis mar olunan vergi verən

əhalinin çiyinlərinə düşürdü. Bu vergilər XVII əsrdən xeyli əvvəl, bəziləri isə ərəb

ağalığı, hətta Sasanilər dövründən mövcud idi.

XVII-XVIII əsrlərdə Abşeronda rəiyyətdən yığılan aşağıdakı vergi növləri var

Əbu Səidin uçulub dağılmış türbəsinin yeri hal-hazırda fəaliyyət göstərən Təzəpir

məscidinin ərazisində olmuşdur.

Sudan istifadəyə görə suvarma kanallarının sahibinə məhsulun 1/15-i həcmində verilən

vergi

191

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!