24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Mehdi xan Astarabadi (XVIII əsr) 150 , Məhəmmədhəsən xan Etimad əs-Səltənə (XIX

əsr) 151 və s.

(Badkubə) sözü fars dilində (bad-külək, kubə, kubidən döymək, vurmaq

sözündən) "külək döyən (vuran, tutan) yer" deməkdir. Bu ad Bakının şimal küləklərinə

(xəzri) məruz qalması ilə bağlı meydana gəlmişdir. Lakin bu cür yozum xalq

etimologiyası olub, həmin sözün qədim yazılış şəklini təhrif edir. Bu yazılışın XVI

əsrdə təsadüf olunan (Badkuyə), yaxud (Badku) formasında müxtəsər şəkli də var. 152

Şəhərin çağdaş adına - Vasi, yaxud Vashi (Baku) XIII əsrdən etibarən Qərbi

Avropa səyyahlarının əsərlərində rast gəlinir.

XVII əsr italyan səyyahı Pyetro Della Valledə rast gəlinən Vahsüh 153 (Bakuh)

forması, B.Domun fikrincə, mazandaranca (bad-va) - külək və (kuh) - dağ

sözlərindəndir. 154

Rus mənbələrində Bakının adı "Baka" kimi yazılır. Nəhayət, azərbaycanlılar, o

cümlədən Abşeron əhli öz şəhərlərini Bakı (i), adlandırırlar.

Əgər X-XVII əsrlər ərəb, Qərbi Avropa və rus coğrafiyaşünas və səyyahlarının

xəritələrini tutuşdursaq, Bakı şəhərinin adının yazılışı aşağıdakı şəkildə olacaqdır:

Əl-İstəxri (X əsr) 155

- Bakuh

Katalon (1375)

- Bacu

Fra Mauro (1459)

- Bachu

Lezi (XV əsr)

- Bachu

Valdzemüller (XVI əsr)

- Bacu

Cenginson (XVI əsr)

- Bakhow

Harrits (XVII əsr)

- Baca

Fyodor Qodunov (1613)

- Baca

Oleari (XVII əsr)

- Bakuie

Stryuys (XVII əsr)

- Backu

Palmkvist (XVII əsr) - Backu 156

Bakı şəhərinin adının qorunub saxlandığı sənədlər arasında köhnə qala -

İçərişəhər ərazisindəki məscidlərin divarlarındakı kitabələr də çox qiymətlidir.

Qız qalası yaxınlığındakı Cümə məscidi minarəsinin bünövrə daşındakı kitabədə

Elxani sultanı Məhəmməd Əlcayrunun (hakimiyyət illəri 1304-1316) yarlığının mətni

həkk olunmuşdur. 157 Orada "Bakı" sözü - Bakuyə şəklində çəkilir.

Numizmatik məlumatlardan göründüyü kimi, Elxanilərin, Cəlairilərin və

Şirvanşahların XIV-XV əsrlərdə Bakıda kəsdirdikləri sikkələrdə "Bakı" sözü - Bakuyə

şəklində yazılmışdır. 158

Beləliklə, yazılı mənbələr, xəritələr, kitabələr və numizmatik tapıntılar göstərir

ki, "Bakı" sözünün ən erkən və geniş yayılmış şəkli (Baku) və onun tez-tez xüsusi

adlara və vilayət, şəhər, yaxud yaşayış məntəqəsi bildirmək üçün mücərrəd mənalı

isimlərə əlavə edilən (yə) və (h) ərəb şəkilçiləri 159 (məsələn, Muğan - Muğaniyyə,

Yəzid - Yəzidiyyə, Şamaxı - Şamaxiyyə, Baku -Bakuyə və s.) qoşulmaqla yaradılan

35

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!