24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

türkdilli tayfalar tərəfindən intensiv infiltrasiyaya məruz qalmış irandilli əhali

olmuşdur.

Ərəb tayfaları A zərbaycanın müxtəlif yerlərində yerləşdirilmələrinə

baxmayaraq, türkdilli, irandilli və qafqazdilli tayfalardan ibarət yerli əhali tərəfindən

assimilyasiyaya uğradılmışdır. Onla rın dilləri toponimikada və yerli dillərin

leksikasında iz buraxaraq aradan çıxmışdır. Bu, ərəb istilası başlayarkən ölkədə türk və

İran ünsürlərinin sabitləşdiyini göstərir.

Abşeronun araşdırdığımız toponimləri arasında ən çətin izah olunanı və

maraqlısı Bakı şəhərinin adıdır. Biz Bakının unudulmuş qədim adını aydınlaşdırmağa,

onun etimologiyasını müəyyənləşdirməyə, uzun bir tarixi dövr ərzində məruz qaldığı

dəyişiklikləri izləməyə və izah etməyə cəhd göstərəcəyik.

Bakı şəhərinin adına ilk dəfə V-VIII əsr mənbələrində Baqavan, Atli (Atşi)

Baqavan və Atşi (Atəşi) - Baquan rast gəlinir. Bir sıra müəlliflərin fikrincə, bu ad

altında Bakı nəzərdə tutulur. "Baqavan" toponimi Hind-Avropa dillərinin bir çoxunda

―allah‖ , ―günəş‖ mənalarını bildirən "baqa" kökündən ibarətdir.

Sanskrit dilində "bhaqa" - günəş, ay, Siva (ilahə) deməkdir; Avesta və qədim

İran dillərində "baqa" "allah"dır. 93 "Baqa" sözünə "allah" mənasında e.ə. VI əsr Bisitun

mixi kitabəsində də rast gəlinir. 94 Pəhləvi dilində "baq", qədim erməni dilində "baqa"

allah deməkdir. 95 Məlum olduğu kimi bu söz qədim erməni dilinə qədim fars dilindən

keçmişdir. " Baqa" sözünə böyük, ilahə, allah mənalarında qədim türk dillərində də rast

gəlinir. 96 "Baqavan" toponimi "Baqa", yaxud "Baq" söz kökündən və "van"

şəkilçisindən ibarətdir. A zərbaycan, Ermənistan, İran və digər Şərq ölkələrinin bir çox

şəhər və yer adlarında təsadüf olunan "van" şəkilçisi böyük, mühüm şəhər mənası

bildirir. 50-yə yaxın, o cümlədən Şirvan, Naxçıvan, Həftəvan, Mehrevan, Kəmüşa-van,

İrəvan, Sarvan, Bacirvan və s. adları misal çəkmək olar. 97

Sasanilər dövründə və ondan xeyli əvvəl A zərbaycanın şimal-şərq və cənub

hissələrində, Ermənistanda, İranda, " Baqavan", "Baqaran", "Baqin", "Baqayaric" 98 və s.

adlı şəhərlər və yaşayış məntəqələri mövcud olmuşdur. Bu məntəqələrin hər birində

sönməz od yanırdı, onlarda, V-VIII əsr tarixçilərinin qeyd etdiyi atəşpərəstlik

bütxanələri, qurbangah və məbədləri var idi. 99 Atəşpərəstlərin belə müqəddəs dini

yaşayış məntəqələrindən biri də Movses Xorenli (V əsr) 100 , Anani Şirakasi (VII əsr) 101

və Gevondun (VIII əsr) 102 adını çəkdikləri Baqavan, Atli (Atəşi) - Baqavan və Atəşi -

Baquan şəhəri idi.

Qeyd edilməlidir ki, bir neçə " Baqavan" olmuşdur. Movses Xorenlidə

aşağıdakıları oxuyuruq: " O (eramızın III əsrində hakimiyyət sürmüş Sasani şahı Ərdəşir

- S.A.), məbədlərdə ibadəti daha da gücləndirdi, Hürmüzdün Baqavandakı

qurbangahlarında odun daim yandırılmasını əmr etdi". 103 Bakıda olmuş hind alimi,

atəşpərəst - pars Modi qeyd etmişdir ki, qədim hind kitabələrində Xəzər dənizinin qərb

sahillərində atəşpərəstlərin çoxlu məbəd-lərinin olduğu göstərilmişdir. 104 Bakı sakinləri

A t ş i (Atəşi)- yəqin ki, bu Baqavan deməkdir.

Bax: И.А. Обрели. Избранные труды, 1963, с. 371.

31

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!