24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

qoşun və silahla kömək göstərilmiş, buna görə də onlar çarın Luninlə göndərdiyi ikinci

manifestinə rədd cavabı vermiş və çar qoşunlarını Bakı qalasına buraxmaq

istəməmişlər.

Bakılıların cavabından narazı qalan imperator ş əhəri zorla almağa hazırlaşırdı.

Lakin I Pyotrun Bakını tutması bir sıra mülahizələrə görə dayandırıldı və rus ordusunun

böyük bir hissəsi Rusiyaya qayıtdı. 44 Pyotr 5 noyabr 1722-ci ildə Həştərxanda olarkən

general-mayor M.A.Matyuşkinə sərəncam verdi: " Yazda Kazandan 15 hekbot gələndə

dörd polkla onlarda Bakıya gedib onu almaq". 45

Pyotr Xəzər dənizinin qərb və cənub sahillərini tutmağa (çünki həmin

vilayətlərin, xüsusilə, Bakının türklər tərəfindən tutulmasından qorxurdu) və türkləri

oradan sıxışdırıb Xəzər dənizinə sahib olmağa tələsirdi. Bununla Pyotr Rusiyanın

Volqa-Xəzər yolu ilə ticarətini təmin etməyə, onu zəngin Hindistanla bağlamağa və

Avropanın Şərqlə ticarətini Türkiyənin Kiçik Asiya torpaqlarından yan ötərək

Rusiyadan keçməsinə yönəltməyə çalışırdı. 46

Matyuşkin ordunun bir hissəsi ilə Həştərxanda qalaraq Bakıya yürüşə

hazırlaşırdı. Matyuşkin ancaq 1723-cü il iyunun 20-də gəmilər gələndən sonra 15

paketbatla, 5 qaliotla və bir neçə busla Həştərxandan Bakıya yollandı və iyulun 6-da

Bakı körfəzinin ortasında lövbər saldı. 47 Gəmilər üç hissəyə bölündü. Onların bir

hissəsi general-mayor Matyuşkinin, bir hissəsi general-mayor knyaz Trubetskoyun

komandanlığı altında idi. Üçüncü hissəyə isə briqadir knyaz Urusov, Puşkin və

Soymonov eskadranın üç hissəsinin yüksək rütbəli zabitləri idi. Artilleriyaya mayor

Gerber komandanlıq edirdi. 48 Matyuşkin Həştərxandan İranın Peterburqdakı səfiri

İsmayıl bəyin Bakı şəhərinin sultanı Məhəmmədhüseyn bəyə məktubunu özü ilə

götürmüşdü. Məktubda səfir sultanı şəhəri ruslara təhvil verməyə sövq etməyə

çalışırdı. 49 Həmin məktub mayor Neçayevlə şəhərə göndərilmişdi. Neçayevə bildirmək

əmr olunmuşdu ki, "O, şəhəri qiyamçılardan qorumaq məqsədilə qəbul etmək üçün

Ümumrusiya imperatoru böyük hökmdarın fərmanı ilə gəlmişdir. Ona görə də ümid

edir ki, sultan bu işə mane olmaycaq, əksinə, İs mayıl bəyin məsləhətinə əməl

edəcəkdir". 50 Lakin Bakı sultanı mayoru şəhərə buraxmadı və onu iki saat gəmi

körpüsündə saxladıqdan sonra aşağıdakı şifahi cavabla buraxmışdır:

"Bakı şəhərinin əhalisi əlahəzrət şahın sadiq təbəələridir. Onlar artıq dörd ildir

ki, qiyamçı Davuda qarşı duruş gətirmişlər və bundan sonra həmin qiyamçı nə qədər

yaşasa da, güc toplasa da, ondan qorxmurlar və kömək üçün nə bir nəfər qoşun, nə də

bir batman azuqə istəmirlər. Səfirin məktubuna gəldikdə isə, o, Rusiyada yazılmışdır və

üstəlik onlar İs mayıl bəyin məsləhətinə, yaxud əmrinə əməl etməyə borclu deyillər". 51

Matyuşkin həmin cavabı alan kimi hücuma hazırlaş mağa başlamaq əmri verdi.

Polkovniklər Ostafyevə və Bezobrazova dörd batalyonla sahilə çıxmaq, artilleriya

komandiri mayor Gerberə isə qala divarlarını dəniz tərəfindən dağıtmaq üçün iki

bombardir hekboru və 18 funtluq topları olan daha beş gəmi hazırlamaq əmr olundu". 52

İyulun 21-də, səhər saat 7-də əsgərləri bir neçə gəminin himayəsi altında şlyupka

və botlarda sahilə daşımağa başladılar. Dəstənin böyük bir hissəsi artıq sahilə çıxmış,

Çəpərlərə sığınaraq mövqe tutmuşdu. Lakin bu zaman İran qarnizonunun güclü süvari

152

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!