24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Axsitanın bütün titul və ləqəbləri göstərilmişdir: böyük xaqan (xaqan-i kəbir), məlik

əl-müəzzəm, şirvanşah, Cəlal əd-Dövlə, Əbü-1-Müzəffər, A xsitan ibn Mənuçöhr. 2

Şirvanşahın adının dəbdəbəli ləqəblərlə müşayiət olunması onun Cənubi Qafqazda iri

feodal dövlətinin məşhur hökmdarlarından biri kimi müstəqilliyini göstərir. Şirvanşah I

Axsitanın dövründə kəsilmiş sikkələrdə xəlifələr və İraq sultanları ilə yanaşı, A xsitan

ibn Mənuçöhrün də adı əl-məlik əl-müəzzəm ləqəbləri ilə birlikdə çəkilir. 3 İraq

sultanlarının adının çəkilməsi şirvanşahın onlardan vassal asılılığında olduğunu

göstərir. Şirvanşah öz dövlətində həm hərbi baxımdan, həm də təbəələri üzərində

qeyri-məhdud hakimiyyətə nıalik idi. O, feodal idarə üsulunun dayağı və rəmzi,

əmirlərin qəsdlərinə qarşı duran qüvvə idi.

Şirvanşahın bu və ya digər istilaçıdan asılılığı mənbədə gətirilən aşağıdakı

epizoddan görünür: şirvanşah III A xsitanın Siyamərk adlı oğlu var idi. Bir dəfə

Siyamərk xanın iqamətgahına getdi. Siyamərk saraya çatarkən şirvanşah Axsitan

tərəfindən qabaqcadan xəbərdar edilmiş Arqun onu qara ölüm demək olan qara mahuda

bükməyi əmr etdi; sonra onu təpiklə döyüb öldürdülər. 4 Monqollar xoşları gəlməyən

vassallarına, onların hökmdar ailəsinin üzvləri olmasına baxmayaraq, beləcə divan

tuturdular.

Feodal idarəçiliyinin başında iri feodallar dayanırdı. Onlara torpağa, suya, süni

suvarma qurğularına, əsas əmək vasitələrinə sahib olan hərbi əyanlar və yüksək

mənsəbli dövlət məmurları, ali rütbəli ruhanilər daxil idi. Feodal zadəganlarının

Abşeronda neft quyuları və duz mədənləri, əkin yerləri, bostanları və üzümlükləri,

mal-qarası, qəsrləri, evləri və karvansaraları, Bakı şəhərində bazar-dükanları var idi.

Feodal iyerarxiyasında şirvanşahlardan sonra əmirlər dururdu. Onların adları həm Bakı

qalasındakı, həm də Abşerondakı bir sıra daş kitabələrdə çəkilir.

Əmirlər hərbi əyanlara daxil idi. Bütün hərbi və inzibati hakimiyyət onların

əlində cəmlənmişdi. XII əsrdə Bakı qalasındakı Cümə məscidinin minarəsinin

bünövrəsinə qoyulmuş daş üzərində kufi xətlə həkk olunmuş dörd sətirlik kitabədə

yazılmışdır:

"1. Əzəmətli əmir - sipahsalar, şücaətli (hərbi) rəis

2. ...Hüsaməddövlə (və-d-Din), dövlətin xoşbəxtliyi

3. İslamın dayağı və qoşunun başçısı, millətin tacı

4. Kübarların itirilmiş Əbu Yəqub Yusifi". 5

Hüsaməddinə verilən ləqəblərdən və Şirvanın iki böyük şairinin -Xaqani Şirvani

və Fələki Şirvaninin məlumatlarından görünür ki, o, III Mənuçöhrün vaxtında təqribən

h.530-532 (1135/36-1137/38)-ci illərdə Şirvanşahlar dövləti qoşunlarının baş

sərkərdəsi olmuşdur. Sipahsalar - hərbi rəis, qoşunların baş sərkərdəsi - XIII əsrin

əvvəllərində ən yüksək hərbi rütbə idi. XI əsr-XII əsrin əvvəllərində hərbi rəis

qoşunların baş sərkərdəsi, həm də sahib əl-cəyş (ərəbcə) adlanırdı. Məsud ibn Namdar

XI əsrin sonunda Gəncənin və bütün Arranın hakimi şirvanşah I Fəribürzün oğlu əmir

əl-Ədudun 6 adını çəkir. XI əsrdə Dərbənddə Haşimi əmirləri sülaləsi hakimlik edirdi. 7

Sonra Dərbənd və həndəvərindəki torpaqlar Şirvanın tərkibinə qatıldı. Dərbənd XII

əsrin əvvəlindən XIII əsrin ikinci rübünə qədər başda əmir olmaqla müstəqil əmirlik

88

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!