24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Şirvana gəldi. 110

1806-cı ilin mayında Dərbəndi, Qubanı və Bakını 111 tutmaq üçün Qızlar

(Kizlyar) yolu ilə general Qlazenanın başçılığı altında 2500 nəfərlik dəstə göndərildi.

1806-cı il iyunun 21-də rus qoşunları Dərbəndə girdi. 112

Dərbəndin alınmasından bir ay sonra general Bulqakov buraya gəldi. O, əvvəlcə

Qubaya getdi, oradan isə bakılı Hüseynqulu xanla ittifaq bağladığına görə o vaxt

Şeyxəli xandan incimiş II Mirzə Məhəmməd xanla birlikdə Bakıya yola düşdü. 113

Bulqakov Bakıya yaxınlaşdıqda şəhər əhalisinə müraciət göndərərək könüllü

surətdə təslim olmağı və əmin-amanlığı qorumağı təklif etdi. Hüseynqulu xan yaxın

adamı olan Kazım bəyi qalanın bayraqları, açarları və duz-çörəklə Bulqakovun

pişvazına göndərdi. Xanın elçilərini Beşbarmaq dağının yaxınlığında qarşılayan

Bulqakov xanın və Bakı əhalisinin zərər çəkməyəcəyini vəd etdi. Vədlərinin təsdiqi

üçün Bulqakov öz oğlunu Bakı şəhərinə göndərdi. Lakin şəhər əhalisi rusların intiqam

alacağından qorxaraq şəhəri tərk edib dağlara qaçdı. Gənc Bulqakov bir hissəsi qayıdıb

gələn əhalini çətinliklə sakitləşdirdi. Lakin cəzalandırılacağından qorxuya düşən

Hüseynqulu xan ailəsi ilə Qubaya, oradan da İrana qaçdı. Bakı xanlığı ləğv edildi.

Bu hadisələri təsvir edən Bakıxanov Bakı xanı haqqında yazır: "Cəsarətli, lakin

təbiətən iradəsiz və ürəyi saf bir əmir olan Hüseynqulu xan öz təbəəsi ilə İrana qaçdı...

Bulqakov Bakın ı Rusiya dövlətinin ixtiyarına keçirdi..." 114

Çar qoşunları Bakıya girərkən II Mirzə Məhəmməd xan Bulqakovun yanında

idi. Sonralar, 1809-cu ildə Quba xanlığının idarə olunması ona tapşırılmışdı. 115

Butkov həmin hadisələri təsvir edərək yazır: "1806-cı il sentyabrın 18-də qraf

Qudoviçin tabeçiliyində xidmətə göndərilmiş infanteriya generalı Sergey Alekseyeviç

Bulqakoy Dərbənddə qoşunu Qlazenandan qəbul edərək Bakını tutmaq üçün hərəkət

etdi. Rus qoşunları Qubanı və Bakını heç bir müqavimət görmədən tutmuş və onların

əhalisinə sədaqət andı içdirilmişdir". 116

Deyildiyi kimi, Hüseynqulu xanla birlikdə onun ailəsi və yaxın adamları, o

sıradan Əhməd bəy də İrana qaçmışdı. Onlar Ərdəbil yaxınlığındakı Barı kəndində

məskunlaş mışdılar. Bu kəndin bəzi sakinlərini indiyədək bakılı adlandırırlar. Çarizmin

Bakını tutması xanlığın taleyini həll etdi. Ayrı-ayrı feodallar arasında qanlı ara

müharibələrinə, ölkəni viran qoyan və XVIII əsrdə neft təsərrüfatını tənəzzülə uğradan

yadelli hücumlara son qoyuldu.

1806-cı ildən Bakı tarixinin yeni dövrü, kapitalist münasibətlərinin inkişaf dövrü

başlanır.

215

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!