24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

parçalara, xalçalara, gümüş və qızıl məmulatlarına feodal əyanları arasında böyük

tələbat var idi. 40 Arran şəhərləri bir çox malların istehsalı və satışı sahəsində

ixtisaslaşırdı ki, bu da onlarda çoxlu sənətkarların cəmləşdiyini göstərirdi.

Beynəlxalq ticarət yolları üstündə duran Şirvan şəhərləri Bakı, Şamaxı və

Dərbənd Xilafəti bir sıra Şərq və Qərb ölkələri ilə bağlayaraq, özləri də bu ticarətdə fəal

iştirak edirdilər.

Beynəlxalq ticarət yollarının qovşağında yerləşən, Bərdə, Naxçıvan kimi

şəhərlər bütün Yaxın Şərq in ən böyük ticarət və sənətkarlıq mərkəzlərinə çevrilərək öz

əhəmiyyətlərini demək olar ki, X əsrin birinci yarısının sonunadək saxlamışdılar. 41

Bərdə X əsrin sonlarında tənəzzülə uğradıqdan sonra ipək parça istehsalı ilə şöhrət

qazanan Gəncə sürətlə böyüməyə başladı. 42

Xəzərlər ölkəsindən, Rusdan, İrandan, Bizansdan və uzaq Şərq ölkələrindən -

Hindistandan, Çindən, İraqdan və Suriyadan Dərbəndə, Şamaxıya və Bakıya gələn

tacirlər, başlıca olaraq, mis, mum, xəz, silah, bahalı ipək parça, ədviyyə, çini qablar,

qiymətli daşlar və s. ibarət mallarının əvəzində karvanlarla neft, duz, balıq, mal-heyvan

(qatır, at), zəfəran, koşenil (qırmızı boyaq), boyaqotu və b. mallar alıb aparırdılar.

Sənətkarların istehsal etdiyi mallar, başlıca olaraq xamna, ipək və yun parçalar, xalça və

xalça məmulatı, örtüklər, qaytan da ixrac olunurdu. 43

Bakı ərazisində tapılmış müxtəlif sikkələr də bu ticarət əlaqələrindən xəbər

verir. Bakı ilə digər bölgələr arasında ticarət əlaqələri hələ Sasanilər dövründən mövcud

olmuşdur. Bunu onun ərazisindən tapılmış Sasani sikkələri dəfinələri də təsdiq edir.

Bakının şəhər rayonlarının birindən qiymətli metallar bölməsinə 83 gümüş Sasani

sikkəsindən ibarət dəfinə təhvil verilmişdir. Onlardan ən erkəni I Xosrovun

hakimiyyətinin 12-ci, yaxud eramızın 542-ci ilinə, ən sonuncusu isə III Ərdəşirin

hakimiyyətinin 2-ci, yaxud eramızın 629-cu ilinə aiddir. 44

Bir qədər sonra Bakının başqa bir şəhər rayonundan 86 ədəd gümüş Sasani

sikkəsindən ibarət yeni dəfinə daxil olmuşdur. Onlardan ən erkəni I Qubadın

hakimiyyətinin 4-cü, yəni b.e. 490-cı ilinə aiddir. Sonuncu sikkə isə II Xosrovun

adından 638/9-cu ildə kəsilmişdir. 45

Bu sikkələr həmin dövrdə Bakı şəhərinin mövcud olduğunu, eləcə də, onun

başqa ölkələrlə ticarət əlaqələrinin inkişaf etdiyini göstərir. Keçmiş Bakı

quberniyasının ərazisində və Azərbaycanın digər rayonlarında da bir neçə Sasani

sikkələri dəfinəsi tapılmışdır. 46

Bakı qalasında (İçərişəhərdə) bürcün yaxınlığında (Bakı Soveti və keçmiş

universitet binalarının arasında) tapılmış Abbasi sikkəsi VIII əsrə aid ilk ərəb sikkəsidir.

Həmin sikkə h.II əsrə (eramızın VIII əsri) aiddir. 47

IX əsrə aid numizmatik tapıntılar arasında Bakı ərazisində, liman körpüsü

yaxınlığında dənizdən torpaq çıxarılarkən təqribən 7-8 metr dərinlikdə tapılmış bir

sikkəni qeyd etmək olar. Suyun altından kəsildiyi yer göstərilməyən h.207 (822-823)-ci

ilə aid qızıl əğləbi dinarı çıxarılmışdır: I - aşağıda məsrur; II - yuxarıda qalab; aşağıda I

Ziyadətüllahın adı - h.201-223 (817-838)-cü illər. 48

Dəniz qırağında su altından əğləbi sikkəsinin tapılması IX əsrin birinci

51

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!