24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

qədər yükləmək olar. Onu yemək olmaz, amma yandırmaq, qaşınma və qotur

tutmuş dəvələri yağlamaq olar. Bu yağ üçün çox uzaq yerlərdən gəlirlər və hər yerdə

yalnız onu yandırırlar". 16

Bu parçadan belə bir nəticə çıxarmaq mümkündür ki, neftdən təkcə təsərrüfat

həyatının müxtəlif sahələrində deyil, həm də müalicə vasitəsi kimi istifadə olunurdu.

Neftin şəfaverici xassələri qədim zamanlardan qeyd edilmişdir. Bakı nefti ilə bir sıra

xəstəliklər müalicə olunurdu. Abşeron neftinin şəfaverici xassələri A zərbaycandan

çox-çox uzaqlarda məşhur idi. Buraya müxtəlif və uzaq ölkələrdən müalicəyə gəlirdilər.

Neftdən ta qədimdən işıqlandırma vasitəsi kimi də istifadə edilmişdir. Neftin

çıraqlarda istifadə olunmasını istər Bakı və Abşeron istərsə də bütün Azərbaycan

ərazisində, o cümlədən arxeoloji qazıntılar zamanı Şirvanşahlar sarayının ərazisində, 17

Beyləqanda (Örənqalada), 18 Naxçıvanda, Bərdədə, qədim Gəncədə, Qəbələdə və digər

şəhərlərdə tapılmış gil çıraqlar da təsdiq edir. Rəşidəddin, Mirxond və digər

müəlliflərin 19 xəbər verdikləri kimi monqollar neftdən hərbi texnikada da istifadə

etmişlər.

Təqribən 1320-ci ildə Azərbaycandan keçib İrana getmiş fransız missioneri

rahib Jurden Katalani de Severak yol qeydlərində Azərbaycanın şəhərləri, o cümlədən

Bakı haqqında qısa məlumat verir: " Bakı deyilən bir yerdə quyular qazır və onlardan

"neft" adlandırılan yağ çıxarırlar. Bu yağ çox isti və şəfavericidir, o, həqiqətən çox

yaxşı yanır". 20

Bakı neftinin müalicə xassələrini XV əsrin ikinci yarısı (təqribən 1471-ci il)

Venesiya səyyahı İosafata Barbaro da qeyd etmişdir: "Dənizin bu hissəsində Bakı

deyilən şəhər - dənizin də adı onun adındandır, - yanında isə bir dağ var. Həmin dağdan

çox pis iyli qara yağ çıxır. Ondan gecələr çıraqları yandırmaq üçün və ildə iki dəfə

dəvələrə sürtmək üçün istifadə edilir, çünki bu yağla sürtülmədikdə onlar qoturluq

tuturlar". 21

Digər Venesiya səyyahı və səfiri A mbroco Kontarini (1473-cü il) öz qeydlərində

Abşeronda işlədilən başqa bir işıqlandırma və müalicə vasitəsindən danışır. O,

suitilərdən bəhs edir, "onların piyindən çıraqlarda işlədilən yağ və dəvələrə sürtmək

üçün məlhəm hazırlandığını və çoxlu miqdarda qonşu ölkələrə aparıldığını" 22 göstərir.

Bakı haqqında venesiyalıların məlumatlarından başqa, əslən bakılı olan XIV

Ramuzioda "gəmi" əvəzinə "dəv" getmişdir. Ramuzionun mətnində petroleyin (neftin)

müalicə xassələri bir qədər geniş müəyyənləşdirilir: insanlar ondan sürtkü dərmanı kimi bir çox

xəstəliklərin müalicəsində istifadə edirdilər. Barbaro (Ramuzio II, 109) onun adını dəvələr üçün

sürtkü müalicə vasitəsi kimi çəkir. 15

Jurden Katalani de Severak Şərqə XIV əsrin birinci yarısında, katolik dinini monqollar

arasında yaymaq imkanlarını öyrənmək məqsədilə səfərə çıxmışdı.

İosafato Barbaro İrana diplomatik məqsədlərlə, Uzun Həsənlə danışıqlar aparmaq

üçün getmişdi.

76

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!