24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Biz özlərinin yol qeydlərində XIII-XVIII əsrlərdə Bakının təsərrüfat həyatını, sosial

münasibətlərini və siyasi tarixini əks etdirən Qərbi Avropa səyyahlarının da

məlumatlarını veririk. Ticarət üçün və diplomatik məqsədlərlə Azərbaycana gəlmiş

italyan - Venesiya və Genuya səyyahları Marko Polo (XIII əsr), Barbara Kontarini,

Ancolello və Donato da Lezenin (XV əsr) yol qeydlərində Abşeronda neft hasilatına,

ondan təsərrüfat həyatında və müalicə məqsədi ilə istifadə olunmasına, Bakı şəhərində

ticarətə dair müxtəsər məlumatlar vardır. XIV-XVII əsrlərdə Azərbaycana Fransanın

Şərqdə müstəmləkə siyasəti ilə əlaqədar buraya can atan fransız səyyah-tacirlərinin

əlaltıları olan katolik missionerləri ayaq açmağa başladı. Şərq ölkələrini təkcə

kommersiya deyil, həm də, öz hökumətlərinin siyasi tapşırıqların ı yerinə yetirmək,

habelə bu ölkələrdə katolikliyi yaymaq məqsədilə gəzib dolaşan həmin missionerlərin

yol qeydləri, tendensiyalı və subyektiv xarakter daşımasına baxmayaraq, Azərbaycanın,

eləcə də Bakının tarixi üçün mühüm əhəmiyyət kəsb edir. Avropa səyyahlarının

məlumatları Şərq müəlliflərinin verdikləri məlumatları xeyli dərəcədə tamamlayır.

XIV əsrin birinci yarısında monqollar arasında katolikliyi yaymaq imkanın ın

yollarını öyrənmək məqsədilə Şərqə səyahətə çıxmış fransız missioneri rahib Jurden

Katalani de Severakın yol qeydlərində 19 onun 1320-ci ildə gəlib keçdiyi Ermənistan,

Azərbaycan və Gürcüstan haqqında müxtəsər məlumat verilir. O, qeydlərində Bakını və

onun neft mənbələrini də xatırlayaraq, Bakı neftinin müalicəvi xassələrini göstərir.

XVII əsr fransız missionerlərinin xatirələrində neft hasilatı ilə yanaşı, Bakı

bölgəsində becərilən kənd təsərrüfatı bitkiləri haqqında da məlumat verilir. Onların öz

adını çəkməyən birisi, İrandakı yezuit missioneri Fransada abbat Flerionun ünvanına

məktub şəklində bir məlumat tərtib etmişdir. 20 Müəllif XVII əsrin sonlarındakı Şirvanı

təsvir edərək, A zərbaycan şəhərləri, o sıradan Bakı haqqında müəyyən məlumatlar

verir. Çinə quru ilə ən kəsə yol tapmaq məqsədilə Şərqə səyahətə çıxmış fransız yezuiti

rahib Villotun qeydləri çox maraqlıdır. 21 Müəllif Azərbaycana 1689-cu ildə gəlmiş,

Gəncədən keçib Şamaxıya getmiş, beş ay burada yaşadıqdan sonra oradan cənuba, Kür,

Araz çaylarından və Muğandan keçərək İrana getmişdir. Görünür, müəllif özü Bakıda

olmamış, lakin onun haqqında ruhani ata Lamazın dilindən məlumat vermişdir. O,

ölkənin inzibati quruluşundan, Abşerondakı kəndlərin sayından, burada becərilən kənd

təsərrüfatı bitkilərindən, neft və duz hasilatından, bitki və heyvanlar aləmindən və s.

danışır.

XVII əsrdə İrandakı karmelitlər salnaməsində 22 ölkədə məhsuldar qüvvələrin

vəziyyətindən, XVII əsrin əvvəllərində I Şah Abbasın qızılbaşları Bakını türklərdən

alarkən orada baş vermiş dağıntılardan bəhs edilir. Salnamədə Şirvan bəylərbəyi

Zülfüqar xanın Papa V Pavelin gizli tapşırıqla I Şah Abbasın yanına göndərdiyi

missionerlər üçün düzəltdiyi qəbul təsvir olunur və etnoqrafik xarakterli maraqlı

məlumatlar gətirilir.

1603-1607-ci illərdə Şirvanda baş verən hadisələrin şahidi olmuş Portuqaliya

missioneri, avqustinli Antuan de Quveanın xatirələrində 23 XVII əsrin əvvəllərində I Şah

Abbasın türklərlə apardığı müharibələr müfəssəl təsvir edilmişdir. Onun verdiyi

məlumatlar İsgəndər Münşinin məlumatlarını tamamlayır və onları tutuşdurmağa

8

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!