24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

təlimi Fəzlüllahın və onun müridlərinin yazdığı bir sıra traktatlarda - " Cavidan-i Kəbir",

"Məhrəmnamə" və s. əksini tapmışdır. 187 Hürufiliyin tərəfdarları Quranın əsas

ehkamlarının yenidən nəzərdən keçirilməsini və təkzib olunmasını mümkün hesab

edirdilər. Bu təlimə görə Kainat əbədidir. "İlahi başlanğıc insanda, hətta onun surətində

təcəssüm edir, zira insan Allahın surəti kimi yaradılıb. Kainat kimi, insan cəmiyyətinin

hərəkəti də siklik surətdə dövr edir. Hər sikl Adəmin təzahürü ilə başlayıb "Qiyamət

günü" ilə qurtarır. İlahi başlanğıc peyğəmbərliyə, müqəddəsliyə, ilahiliyə, yaxud

allahlığa qədər kamilləşən insanda təcilli edir. Sonuncu peyğəmbər Məhəmməd, ilk

müqəddəs Əli, sonuncu müqəddəslər isə on birinci şiə imamı Əl-Həsən əl-Əsgəri

olmuşdur. Fəzlüllah Astrabadi allahın təccəlla etdiyi ilk insandır". 188 Fəzlüllahın

məşhur "ənəlhəqq" - "mənəm allah" ifadəsi bütün Yaxın Şərqdə geniş yayılmışdı.

Hürufilər nitqin, ağlın rəmzi, təcəssümü saydıqları ərəb əlifbası hərflərinə (cəm halda -

hüruf) mistik məna verirdilər. Onlar insanla, təbiətlə, Allahla eyniləşdirilirdilər.

Hərflərdə insan surətinin xətt və ünsürlərinin mistik nişanələri gizlənmişdir. 189 Şiəlik

kimi, hürufilik də feodalizmə, Teymurilər istibdadına qarşı xalq hərəkatlarının ideoloji

pərdəsi idi. Hürufilik təlimi öz dövrünə görə mütərəqqi olmuşdur. Feodalizmə qarşı

inqilabi müxalifət bütün orta əsrlər boyu davam etmişdir. Zamanın şəraitinə müvafıq

olaraq o, gah mistika şəklində, gah açıq bidət şəklində, gah da silahlı üsyan şəklində

meydana çıxır. 190 Hürufilik hərəkatı dini pərdəsinə baxmayaraq, açıq-aşkar antifeodal

xalq hərəkatı istiqaməti daşımışdır. Fəzlüllah edam olunduqdan sonra hürufilər

Teymurilərə qarşı çıxış etmişlər. Hürufilər "istibdad və zülmü aşıb daşdığı yer üzünə

həqiqət və ədalət gətirəcək" 191 Qaimin, yəni Mehdinin zühuruna inanırdılar.

XIV əsrin sonlarında Bakı hürufilik təliminin bütün Yaxın və Orta Şərqə

yayılmağa başladığı mərkəz idi. Qeyd etmək vacibdir ki, Bakı əhalisi sünniliyin şafiilik

məzhəbinə mənsub müsəlmanlar idi. 192 Lakin şiəlik burada artıq XIII əsrin axırlarında

və XIV əsrdə yayılmağa başlamışdı. Bunu XIII əsrin sonunda Bibiheybətdə şiə

müqəddəslərindən sayılan Hökumə xanımın məscidinin və məzarı üzərində türbəsinin

tikilməsi, eləcə də XV əsrdə Şirvanşahlar sarayının Divanxanasında və türbəsində

Əlinin adı çəkilən kitabə də göstərir. Görünür, Dərbəndi Şirvanşahlar sülaləsindən olan

I Xəlilüllah, ehtimal ki, şiəliyə meyl göstərmiş, yaxud həmin kitabələr, sonralar, XVI

əsrin əvvəllərində, Dərbəndi şirvanşahlar - Şeyxşah və başqaları - vassalı olduqları Şah

İsmayıla xoş gəlmək üçün şiəliyi qəbul etdiyi vaxtlarda yerləşdirilmişdir. XIV əsrin

sonlarında Azərbaycanda görkəmli şair, filosof və mütəfəkkir İma-dəddin Nəsimi

(1369-1417) yaşayıb-yaradırdı. Bir ehtimala görə, təbrizli, başqa bir ehtimala görə isə

şamaxılı olan Nəsimi Bakıda yaşayırdı. O, türk, fars və ərəb dillərində zəngin poetik irs

qoyub getmişdir. Aşağı təbəqələrdən çıxmış Nəsimi xalqa ən yaxın lirik şair, onun

hakim feodal sinfinə və zadəganlara nifrətinə tərəfdar çıxmışdır. Nəsimi dünyagörüşü

etibarilə hürufi olmuşdur. Fəzlüllah Nəiminin ölümündən sonra Nəsimi hürufilik

təriqətinin ən görkəmli rəhbəri olmuşdur. Nəsiminin bütün həyatı və yaradıcılığı

hürufilik ideyalarının yayılmasına, Teymurilər əleyhinə mübarizəyə həsr olunmuşdur.

O, müsəlmanları A llaha və dinə xidmətdən imtina etməyə çağırmışdır. Onun bütün

əsərləri, türkcə Divanı hürufilik fəlsəfəsi və ideyaları ilə aşılanmışdır. Nəsimi ən gözəl

127

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!