24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

mükəmməldir. Onun kiçik otaqlarla əhatə olunan səkkizguşəli mərkəzi soyunma və

yuyunma salonları vardır. 173 Bu hamamın tağları və günbəzləri Abşeron

hamamlarınkından formaca daha müxtəlif və mükəmməldir. Bakıda bu tipli bir sıra

başqa hamamlar da qalmışdır.

Bakıda, İçərişəhərdə və onun xaricində, Abşeronda bir sıra ovdanlar - süxur və

kəhriz sularını toplamaq və saxlamaq üçün yeraltı qurğular qalmışdır. Ovdanların və

içməli su quyularının tikilməsi, bütün Şərqdə olduğu kimi, A zərbaycanda da nəcib və

xeyirxah iş sayılmışdır. Ovdanları tikənlərin və tikilmə tarixləri, adətən, onların

girişindəki kitabələrdə əks etdirilirdi. Onların girişləri memarlıq baxımından çatma

tağlı baştağ şəklində düzəldilirdi. Ovdanlar torpaqda qazılmış, yaxud bərk süxurlarda

oyulmuş pillələrlə düşülən maili lağımlardır. 174 Lağımın qurtaracağında kəhriz

sularının toplandığı çarhovuz olur. Onların üstü müxtəlif cür, bəzən çatma tağla

örtülürdü. Bakıda indiki Niyazi küçəsində, Şirvanşahlar sarayının, keçmiş

gömrükxananın yaxınlığında ovdanlar var idi. 175 Onlardan biri haqqında S.Bronevski

məlumat verir: "Şəhərin şimal divarından təqribən 300 addım aralıdakı əhalini su ilə

təmin edən qədim quyu diqqətəlayiqdir. O, çox böyük çətinliklə daş təbəqəsində 45

sajın dərinliyində qazılmışdır və bir sajın böyüklükdə kvadratşəkilli ağzı var. Ora

girdikdən sonra suya qədər dik pillələrlə düşmək lazımdır. Pilləkənin qurtaracağında

olduqca iri zağa oyulmuşdur. Onun orta-sında hovuz vardır ki, oradan təmiz bulaq suyu

götürürlər". 176 Təsvir olunan ovdan dövrümüzədək qalmamışdır. Bundan başqa

İçərişəhərdə XVI əsrə aid bir neçə ev, yaşayış evinin baştağı, portikli (eyvanlı) qədim

tikili və s. aşkar edilmişdir.

İçərişəhərdə ictimai binalar, o cümlədən musiqinin müşayiəti ilə idman yarışları

keçirilən " zorxana"da olmuşdur. Zorxana XVIII əsrin sonlarında burada olmuş səyyah

tərəfindən təsvir edilmişdir. 177

Zorxana Buxara və Multani karvansaralarının yaxınlığındakı tağ örtüklü

zirzəmidə yerləşirdi. Onun qapısı bazar tərəfdən idi. Zirzəminin ortasında idman

oyunları üçün nəzərdə tutulan eni-uzunu l0 metr və dərinliyi 1,5 metr olan "süfrə"

deyilən kvadrat meydança var idi. 178 "Öz istəyi ilə buraya gələn hər kəs hər iki əlinə

müxtəlif ağırlıqda daş götürüb musiqinin müşayiəti ilə tamamilə yorulana qədər

oynadırdı". 179 İdman oyunları və məşqlər ağac, dəmir və daşdan düzəldilmiş müxtəlif

alətlər - mil, yekbəgirlər, ağır daşlar və s. - vasitəsilə aparılırdı. İdman məşğələləri hər

gün keçirilir və onlarda tanınmış pəhləvanlar iştirak edirdi. 180

125

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!