24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Ruhanilərin nümayəndələri arasında fəlsəfi əsərləri ilə Şərqdə tanınan sufi alim

şeyxləri var idi. XI əsrin birinci yarısında Şirvanşahlar sarayında şeyx Məhəmməd Əli

Bakuvi böyük şöhrət qazanmışdı. XI əsrin ikinci yarısında Şirvanda məşhur şeyx olan

şeyx Əl-Hüseyn ibn Əli (ö. 1074/5) onun kiçik qardaşı idi. Onun Pirsaat çayının

sahilindəki Pirhüseyn xanəgahı adlanan ziyarətgahı təkcə Şirvanda deyil, bütün Yaxın

Şərqdə də böyük hörmət qazanmışdı. Bu xanəgaha iri vəqf mülkləri, bahalı parçalar,

digər qiymətli əşyalar mənsub idi. Xanəgahın müridləri, dərvişləri və xidmətçilər

minlərlə baş qoyuna və yük heyvanına sahib idilər. Pirhüseynin sağlığında və sonralar

xanəgah mühüm mədəni, fəlsəfi, elmi, ədəbi və dini mərkəz olmuşdur. 32

Şəhər zadəganları sırasına iri tacirlər də daxil idi. Şəhərlərdə sənətkarlığın və

əmtəə istehsalının inkişafı Şirvan dövlətinin iqtisadiyyatında ticarətin və əmtəə-pul

münasibətlərinin vüsət almasına təkan verirdi. Şirvanın, Bakı, Şamaxı, Dərbənd və

digər orta əsr şəhərləri sənətkarlıq və ticarət mərkəzləri idilər. XII əsr mənbəyində

şəhərin "tacirbaşı"ları adlandırılan 33 "Şeyx ət-Tüccar", "Məlik ət-Tüccar" kimi iri

tacirlər də şəhərin hakim təbəqələri arasında mühüm yer tuturdu. Onlar rastabazarlara,

sənətkarlıq emalatxanalarına, karxanalara, dükanlara. karvansaralara və digər daşınar

və daşınmaz əmlaka sahib idilər. Xırda alverçilər və çərçilər əhalinin istismar edilən

zümrələrinə daxil idilər.

Şəhərlərin və şəhər həyatının inkişafı nəticəsində onların idarə olunmasında

burada yüksək vəzifələr tutan nüfuzlu tacirlər fəal rol oynamağa başladılar. 1363-cü

ildə tərtib olunmuş mənbədə müqatiə (icarə) hüququ əsasında Arran, Muğan, Qəvbəri

(Mahmudabad və Bakuyə şəhərləri, yaxud "neft mənbələr"i ilə birlikdə) və Şirvan

vilayətlərinə sahib olan Xoca Fasihi Şirvaninin adı çəkilir. "Müqatiəyə müvafiq olaraq,

ona məxsus mülkiyyət hüququ sənədinə görə..." həmin yerlərdən çox böyük məbləğdə -

820 min dinar - 82 tümən gəlir gəlirdi. Sənəddə göstərilirdi ki, "Həmin məbləğ adı

çəkilən yerlərdən daxil olur". 34

Orta əsrlərdə Azərbaycanın iqtisadi həyatında icarə sistemi hələ ərəb

hökmranlığı dövründən mövcud idi. XIII-XIV əsrlərdə, monqollar dövründə icarə

sistemi daha da inkişaf etmiş, dövlət vergilərinin alınmasının və dövlət gəlirlərinin

başlıca forması kimi şəhərlərin təsərrüfat həyatında geniş yayılaraq, bütövlükdə ölkənin

məhsuldar qüvvələrinin inkişafında əngələ çevrilmişdi.

Feodal şəhər inzibati idarəsinin mühüm simalarından biri şəhərin bazarlarına,

ticarət-sənətkarlıq məhəllələrinə, məhsulların keyfiyyətinə, təmizliyə və qayda-qanuna,

ölçü və çəki vasitələrindən düzgün istifadə olunmasına nəzarət edən mühtəsib idi. O,

polis funksiyasını da - şəhərdə ictimai asayişin qorunması, cinayət işlərinin və

cinayətkarlığın tədqiqi, sərxoşların və iğtişaşçıların cəza landırılması - icra edirdi.

Mühtəsib, həmçinin şəhər sakinlərinin Quranın göstərişlərinə və islam dini ayinlərinə

riayət etmələrini nəzarətdə saxlayırdı. 35

Bakı şəhərinin feodal cəmiyyətində rəislər mühüm yer tuturdu. Bakının

İçərişəhər hisəsəsindəki Sınıqqala məscidinin divarındakı kitabədə memarının adı

çəkilir: Ustad ər-Rəis Məhəmməd ibn Əbubəkr (h.417 (1078/79)-ci il). 36 Bu tarix

şirvanşah I Fəribürzün hakimiyyət dövrünə uyğun gəlir. Rəislər şəhərin sosial

92

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!