24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

I F ə s i l

ARXEOLOJĠ MƏLUMATLAR ƏSASINDA ABġERONUN VƏ

BAKININ ERKƏN TARĠXĠ

Qobustanın yaxınlığındakı mərkəzi Bakı olan Abşeron yarımadası da qədim

insanın məskunlaşdığı ərazilərdəndir. Paleontoloji və arxeoloji tədqiqatlar göstərmişdir

ki, dördüncü dövrdə (təqribən yüz min il bundan əvvəl) Abşeronda müxtəlif qazıntı

heyvan növləri yaşamışdır. 1 Keşlə, Binəqədi, Digah, Xırdalan və s. kəndlərin

yaxınlığında çoxlu miqdarda dünyada kökü çoxdan kəsilmiş heyvan sümükləri, habelə

quş, həşərat və bitki qalıqları aşkar edilmişdir. 2 Bakıdan azacıq aralı, Keşlə kəndi

yaxınlığındakı daş karxanasında atın çənəsi və kəllə sümüyü, qədim kaftar kəlləsi,

dördüncü dövrə aid edilən kərgədan skeletinin bir hissəsi aşkar olunmuşdur. 3 Pirallahı

adasında qır qatlarında qazıntı maral kəlləsi üzə çıxarılmışdır. 4 Digah kəndi

yaxınlığında nəhəng ibtidai öküz-tur kəlləsi tapılmışdır. 5

Bakının 7-8 kilometrliyindəki Binəqədi kəndi yaxınlığındakı paleontoloji

qazıntılar daha zəngin material vermişdir. On min illər bundan əvvəl Binəqədi kəndinin

yerləşdiyi təpənin ətəklərində sahilləri qara neft layı ilə örtülmüş şirin sulu göl

yaranmışdır. O vaxtlar Abşeronun relyefi "savanna landşaftı"ndan, yəni ardıc, cır

armud, püstə ağaclıqları olan çöllükdən ibarət idi. İqlimi rütubətli idi. Göl qamışlıqla

əhatə edilmişdi. Yarımsəhra yerlərdə müxtəlif tarixə-qədərki vəhşi heyvanlar

gəzib-dolaşırdı. Gölün üzərindən köçəri quşlar uçurdular. Heyvanlar su içmək üçün bu

gölün qırağına gəlir-dilər. Lakin təmiz su sahildən uzaqda olduğundan heyvanlar suya

çatmaq üçün sahilyanı neft layından keçməyə çalışırmışlar, lakin qatı yapışqan neft

onları çəkib udur və öz kütləsində batırırdı. Binəqədi neftli gölü zaman keçdikcə

tədricən quruyaraq qalın qır yatağı əmələ gətirmişdir. Binəqədi kəndinin yaxınlığındakı

qır qatlarında tarixəqədərki müxtəlif heyvanların qalıqlarının toplandığı qəbiristanlıq

belə yaranmışdır. 6 Burada mağara şiri, canavar, nəhəng maral, mağara ayısı, porsuq,

kaftar, kərgədan, at, eşşək və nəsli kəsilmiş digər heyvan növlərinin skeletlərinin

qalıqları aşkar edilmişdir. 7 Bundan əlavə, çoxlu miqdarda quş sümükləri, həşərat və

bitki qalıqları tapılmışdır. 8

Bakının mərkəzində metro tikintisi ilə bağlı torpaq işləri aparılarkən 33 metr

dərinlikdəki gil layları arasında yaşca Paleolit (orta Pleystosen) dövrünə aid nəhəng

maralın daşlaşmış buynuzu tapılmışdır. Azərbaycan ərazisində nəhəng maral üç

məntəqədə - Binəqədidə, A zıx mağarasında və Bakının mərkəzində aşkar edilmişdir.

Mustye dövründə Kiçik Qafqazda yaşayan Paleolit adamı nəhəng maral ovlamış və

onun əti ilə qidalanmışdır. Daş dövrü adamı ovla yanaşı, ehtimal ki, əmək alətləri

hazırlamaq üçün təsadüfən rast-laşdığı nəhəng maral buynuzlarını toplamışdır. 9

Bu dövrdə Abşeronda insan yaşamışdırmı? Dördüncü dövrə aid iri məməli

heyvan sümükləri qalıqlarının tapılması Paleolit dövründə Abşeronun qədim insan

15

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!