24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

(1648-1729) qeydlərində Stepan Razinin 1668-ci ildə İrana ilk yürüşü ərəfəsində Yaik

çayına atdığı gözəl və əsilzadə azərbaycanlı qızı haqqında maraqlı məlumat var.

"Lakin Stenka əvvəlcə gözəl və əsilzadə tatar qızını qeyri-adi şəkildə qurban

verdi. Onu bir il əvvəl əsir almış və həmin vaxtdan bugünədək onunla bir yastığa baş

qoyurdu. Birdən, geri çəkilmək ərəfəsində o sübh tezdən yataqdan qalxdı, yazıq

qızcığaza ən yaxşı paltarlarını geyindirdi və dedi ki, ötən gecə Yaik çayının tabe olduğu

su allahı İvan Qorinoviç zühur edərək ona tənə vurmuşdur ki, o, Stenka artıq üç ildir ki,

uğurlar qazanır, su allahı İvan Qorinoviçin köməyi sayəsində xeyli var-dövlət toplayıb,

amma öz vədlərini yerinə yetirmir. A xı, o, Yaik çayına ilk dəfə səcdəyə gələndə allah

Qorinoviçə vəd etmişdi ki, "əgər sənin köməyinlə uğur qazansam, əldə etdiyim ən yaxşı

şeylərdən sənə də verəcəyəm". Bundan sonra bədbəxt qadını paltarlı götürüb, aşağıdakı

sözlərlə çaya atdı: " Ey himayədarım bunu qəbul et, mənim sənə bağışlamağa, yaxud

qurban verməyə bu gözəl qadından başqa yaxşı heç bir şeyim yoxdur". 14

Həmin müəllif yenə yazır: "Dənizin sahilində yaşayan farslar onun

soyğunçuluğundan əziyyət çəkirdilər. Çünki onlar basqınlara məruz qalır, qarət olunur,

öldürülür, əsir aparılıb qərib ölkələrdə satılırdılar".

Ehtimal ki, burada söhbət Salyan xanının qızından gedir, belə ki, əlli ildən sonra

Salyan sultanı Həsən bəyin arvadı Qəbulə xanım I Pyotrun qonaqlığa çağırdığı

zabitlərini məkrlə məhv etmişdi. Rus hərbçilərinə bu cür divan tutulması yalnız yaxın

qohumların intiqamının alınması ilə izah edilə bilər. 15

Razin İrana ilk dəfə 1668-ci ilin mart ayında yürüş etmişdir. Altı min kazak

hərəsində 2 top olan yastıdibli 40 iri gəmidə Gilan vilayətinin sahildəki kiçik Rəşt

şəhərinə yaxınlaşdılar, şəhəri qarət etdilər və müqavimət göstərməyən əhalini qırdılar.

Kazaklar çoxlu qənimət əldə edib tələsik geri döndülər. 16 Bundan sonra onlar dörd

nümayəndəsini etimadnamələrlə birlikdə Şamaxı vasitəsilə İsfahana, şahın yanına

göndərdilər. Baş vəzirin qəbuluna düşən kazaklar 6 min kazakın nümayəndələri

olduqlarını elan edərək, şahın təbəəsi olmaq və bunun üçün sığınacaq və yaşamağa

torpaq istədiklərini bildirdilər. Lakin onların basqını saraya artıq məlum idi. Kazakların

nümayəndələri ilə danışıqlar gedərkən çar Aleksey Mixayloviçdən məktubla birlikdə

qasid gəldi. Çar şahdan xahiş edirdi ki, kazakları qəbul etməsin və onlara inanmasın,

çünki onlar qiyamçı və qaçqındırlar, özlərinin əsl hökmdarlarına sədaqətsiz çıxdıqlan

üçün heç kəsə sədaqətli ola bilməzlər. Onun kazakları ağıla gətirməyə və ram etməyə

gücü çatacaq qədər qoşunu var. 17

Lakin İran sarayı çarın məktubuna inanmadı, çünki rus çarının kazaklarla əlbir

olmasına əmin idi. Onların şübhələri bu fakta əsaslanırdı ki, beş-altı min nəfərdən ibarət

kazak dəstəsi səksən topla, hərbi sursat və ərzaqla olduqca yaxşı təchiz olunmuş 40

gəmi ilə İrana soxulmuş və hər şeydən əvvəl, hərbi qüvvə ilə İran torpaqlarına basqın

etmişdilər. Şah və onun saray adamlarının fikrincə, çar Aleksey Mixayloviç kazakları

onların elçilərinin təhqir olunmasına görə qisas almaq üçün göndərmişdi. 18

Kazakların nümayəndələri özlərinkilərin yanına qayıtdıqdan sonra, elə həmin

1668-ci ildə İrana yeni yürüş edilmiş, Fərabad şəhəri dağıdılmış, əhalidən çoxlu adam

qırılmışdı. 19

146

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!