24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

gətirilmişdi. 17

Bundan başqa həmin illərdə Həştərxandan Bakıya 564, 371 arşın, Ənzəliyə isə

590 226 arşın müxtəlif çeşidli rus parçası ixrac olunmuşdu. 18

Həştərxandan Bakıya böyük tələbat olan, Rusiyada istehsal edilən uzunsov

dəmir təbəqələr, habelə dəmir və polad məmulatı da aparılırdı. Tam olmayan məlumata

görə 1778-ci ildə Bakıya pudu 45 qəpikdən 4000 pud, 1779-cu ildə 5000 pud uzunsov

dəmir təbəqə, 1780-ci ildə 2473 pud qazan, sacayağı, məftil, 1781-ci ildə 6000 pud 28

funt uzunsov dəmir təbəqə və 563 pud tirşəkilli rus poladı, bundan əlavə 280 manatlıq

müxtəlif dəmir məmulat yola salınmışdı. 19

1779-1781-ci illərdə Həştərxandan Bakıya 1 355 000 tikiş iynəsi, 10 665

Pavlovo qıfılı, 3578 Pavlovo qayçısı, 1743 qatlama Tula bıçağı (1779-cu ilin məlumatı

yoxdur) aparılmışdı. 20

Xəzlərdən Bakıya külli miqdarda, minlərlə göndərilən sincab, pişikkimilər və

dovşankimilərin dəriləri ixrac edilirdi. 21

Buxtada və şəhər ərazisində XVIII əsrin ikinci yarısına, xüsusilə 70-ci illərdən

sonrakı dövrə aid 22 çoxlu miqdarda rus sikkələrinin tapılması da rus tacirlərinin Bakıda

əhəmiyyətli ticarət apardığına dəlalət edir.

Sadalanan məlumatlar Rusiyanın Azərbaycanla ticarətinin həcminin

artmasından xəbər verir. Mənbələrdə, eyni zamanda, İranla Bakı vasitəsilə iqtisadi

əlaqələrin zəiflədiyi göstərilir. XVIII əsrin son onilliklərində Bakı vasitəsilə Rusiyaya

Ənzəliyə aparıldığından üç dəfə çox mal daşınırdı. Eləcə də Ənzəlidən Bakıya mal

gətirilməsinin tənəzzülü müşahidə edilir. 23 Xəzərdə üzən ticarət gəmilərinin sayı az

olduğundan malların daşınma xərci çox baha idi.

İran tacirlərinin Xəzəryanı əyalətlərdə rəqabətini aradan qaldırmağa cəhd

göstərən çar hökuməti yerli gəmiçiliyin inkişafını qadağan etmək üçün hər cür

tədbirlərə əl atırdı. Lakin yerli xanlar gəmiqayırma ilə ciddi-cəhdlə məşğul olurdular.

Lerxin məlumatına görə keçmiş admiral olan Bakı xanı Mirzə Məhəmməd 1747-ci ilin

oktyabrında Ləngərudda gəmiqayırma işlərinə rəhbərlik edir və tez-tez oraya gedirdi. 24

Rus gəmilərində mal daşınması çox baha başa gəldiyindən, Bakı xanı ehtimal ki, bu

məqsədlə öz gəmilərinin olmasında maraqlı idi.

1777-ci ildə yazmış anonim müəllif 25 Rusiyanın Azərbaycan şəhərləri ilə

ticarətindən xəbər verir: "...Dərbənddə, Bakıda və Salyanda xeyli mənfəətlə mum, bal,

balıq yapışqanı almaq olar. Bakının yaxınlığından nəinki Rusiya dövlətində böyük

miqdarda istifadə etmək, habelə Avropa dövlətlərinə ixrac etmək mümkün olan xeyli

neft gətirmək olar. Dərbənddə və Bakıda gəmilərə araq çəkmək üçün olduqca əlverişli

olan şərab yükləmək olar: yerli dildə ona çaxır deyirlər". 26 Müəllif daha sonra ticarətin

Bakıda Dərbənddən daha çox inkişaf etdiyini və onun, başlıca olaraq, Şirvan vilayəti,

xüsusilə Şamaxı şəhəri ilə aparıldığını qeyd edir. 27 Lakin o, bu ticarətin çox da böyük

olmadığını göstərir.

Bakı xanının rus tacirlərinə münasibəti pis idi. 1779-cu ildə ləzgilər iki bakılı

oğlan uşağını oğurlayıb Həştərxanda satdıqlarına görə Bakı hakimi Məlik Məhəmməd

xan Bakıdakı bütün rus tacirlərinin malları ilə birlikdə həbs olunmasını əmr etmişdi.

221

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!