24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ölgüsünün mövcud olduğunu göstərir. Tikintinin rəisi sərkar idi. İş, görünür, adı və

nisbəsi adətən, kitabədə göstərilən ustadın, mühəndisin, memarın çertyojları və planı

üzrə görülürdü.

Binaların tikilməsində bənnalar, şəbəkə ustaları, həkkaklar, xəttatlar,

gəctaraşlar, nəccarlar, nəqqaşlar və i.a. iştirak edirdi. Tikinti işləri ilə bağlı Bakıda

dülgərlik və ağac emalı sənətləri inkişaf etmişdi. Sənətkarlar müxtəlif məişət

məmulatları hazırlayırdılar. Ağacdan məscidlər üçün zərif minbərlər - nəbati və həndəsi

naxışlı şəbəkələr düzəldirdilər. Şəhərdə gəmiqayıranlar, qayıqçılar, dərzilər, çəkməçilər

və b. da yaşayırdı. Bütün bunlar XVI-XVII əsrlərdə ölkənin məhsuldar qüvvələrinin və

şəhərin təsərrüfat həyatının inkişaf etdiyini, əmtəə-pul münasibətlərinin genişləndiyini

göstərir.

XVIII əsrin birinci çərəyində siyasi hadisələr, müharibələr əhalinin ağır feodal

istismarı və ölkənin xammal bazasının dağılması ilə bağlı Şirvanda iqtisadi tənəzzül

müşahidə olunur və bununla əlaqədar sənətkarlıq istehsalı tədricən aşağı düşür və

XVIII əsrin 40-cı illərində iflasa yarayır.

XVI əsrin əvvəlində Os manlı dövlətinin güclənməsi, onun Qərbdə və Şərqdə

ekspansiya siyasəti ilə bağlı olaraq Qərb dövlətlərinin XVI əsrin əvvəllərində meydana

gəlmiş və Türkiyənin Azərbaycana və İrana müdaxiləsindən ehtiyat edən Səfəvilər

dövləti ilə əlaqələri intensiv şəkil alır. Siyasi şəraitlə bağlı Qərb ölkələrində Şərqə, o

sıradan Azərbaycana maraq artır. XVI əsrdə isə biz artıq bir sıra səyyah-tacirlərin

Azərbaycana gəldiyini görürük.

Avropa dövlətlərinin Os manlı dövlətindən yan ötərək İran və Hindistanla

birbaşa ticarət əlaqələri yaratmaq cəhdləri 1498-ci ildə Afrikanı dolanaraq Hindistana

gedən dəniz yolunun açılmasına gətirib çıxardı. Lakin bu, Avropadan Şərqə gedən

dünya ticarəti yolunu çox sonralar dəyişdirdi və karvan ticarəti XVII əsrin sonunadək

öz əhəmiyyətini itirmədi. Vasko de Qamanın açdığı yol Hindistanla birbaşa dəniz

əlaqələrinə əlverişli imkan yaratdı. Lakin bu yol tezliklə digər Avropa ölkələrinin Şərqə

nüfuz etməsinə mane olan ispanlar və portuqallar tərəfindən tutuldu. 40 Buna görə də,

XVI əsrin əvvəllərində bir sıra ölkələrin səyyahlarında yeni - İran və Hindistana

Moskva Dövləti və Xəzər dənizindən keçən şimal dəniz yolu ideyası meydana gəldi. Bu

dövrdə bir sıra ingilis tacirləri və səfir Çenslor Moskva çarı İvan Qroznının yanına

kəşfiyyat səfərləri etdilər. Çar İvan Qroznı Çenslora Moskva Dövlətində sərbəst ticarət

etmək hüququ haqqında fərman vermişdi. 41 1555-ci ildə İngiltərədə İngiltərə ilə

Moskva dövləti arasında ticarət əlaqələri bərqərar edən Moskva Şirkəti təsis olundu. Bu

şirkətin məqsədi Volqa-Xəzər ticarət yolunu açmaq və ingilis ekspedisiyalarının

Azərbaycana, İrana və oradan Şərqə kəşfiyyat səfərləri idi. 42

Hindistandan Avropaya mallar ta qədimdən quru karvan ticarət yolları ilə

daşınırdı ki, bu da çox baha başa gəlir və xeyli vaxt aparırdı. Lakin XVI əsrdə Şərqi

Avropadan Ağ dəniz, Şimali Dvina, Volqa və Xəzər dənizi vasitəsilə Azərbaycandan

keçərək İrana və Hindistana gedən Volqa-Xəzər yolu deyilən yol işə düşdü. Bu yolda

Xəzəryanı vilayətlər, xüsusilə, çoxlu ipək istehsal olunan Şirvan və Gilan Avropa

ticarəti üçün mühüm əhəmiyyət kəsb edirdi. Bununla əlaqədar olaraq ipək ticarətində

173

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!