24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Abşeronda neft quyularına və duz mədənlərinə vergi qoyulmuşdu. VIII əsrdə

Bakıda neft və duz istehsalçılarından vergi yığan xüsusi adamlar təyin olunmuşdur. 16

Abşeronun neft verən torpaqları, neft quyuları və şor gölləri, habelə əkin yerləri həm

dövlətin, həm də ayrı-ayrı feodalların mülkiyyəti idi və adətən, vergi verən əhalini

amansızcasına istismar edən bu və ya digər feodala iltizama, yaxud icarəyə verilirdi. 17

Bakı əhalisi şəhərin idarə olunmasını əllərində saxlayan feodal zadəganlarından,

neft verən torpaqların və əkin sahələrinin, şor göllərin və bağların sahiblərindən, habelə

böyük sərmayə toplamış iri tacirlərdən və ruhanilərdən ibarət idi.

Şəhər əhalisinin əsas kütləsini sənətkarlar və tacirlər təşkil edirdi. Burada daş

üzərində oyma, qravür ustaları, rəssamlar, zərgərlər, memarlar, bənnalar, dulusçular,

misgərlər, dəmirçilər,gəmiqayıranlar, qayıqçılar və müxtəlif istehsal sahələrində

çalışan sənətkarlar, habelə iri və xırda alverçilər, dükançılar, şəhər yoxsulları və qullar

yaşayırdı.

Məhkəmə işləri ilə şəriət hakimləri - qazılar məşğul olurdu. Onlar vəqf

məsələlərini, amillərin hərəkətlərindən narazı qalanların işlərini araşdırırdılar.

Vergilərin toplanması ilə bilavasitə əmirə tabe olan xüsusi məmurlar - amillər 18 məşğul

olurdu.

Vilayətlər yenə də əmirin başçılıq etdiyi Divan tərəfindən idarə olunurdu.

Xilafətlə əyalətlər və ucqarlar arasında rabitə saxlamaq üçün poçt - barid yaradılmışdı. 19

Ərəb hərbi qarnizonları (rabatlar) əsas şəhər və məntəqələrdə, o cümlədən Abşeronda

yerləşdirilmişdi.

İbn Havqəl xəbər verir ki, A zərbaycan şəhərlərinin əhalisi arasında Azərbaycan

(Arran) və fars dillərindən başqa ərəb dili də yayılmışdı. Lakin o qeyd edir ki, bu dildə

danışanların sayı az idi. Xalis ərəb dilində tacirlər və mülk sahibləri danışırdı. 20

Görünür, ərəb müəllifləri Azərbaycan, yaxud Arran dili dedikdə türk dilini nəzərdə

tuturdular. Yuxarıda göstərdiyimiz kimi, Arranın türkləşməsi artıq eramızın ilk

əsrlərindən başlamış və türk tayfalarının Dərbənd keçidi vasitəsilə şimaldan intensiv

axını ilə əlaqədar VI əsrdə güclənmişdi.

Ölkə ərəblər tərəfindən istila edildikdən sonra islam dini Bakı və Abşeron

kəndlərinin əhalisi arasında yayılmağa, zərdüştiliyi və qədim astral etiqadları

sıxışdırmağa başladı. Abşeronda bu günə qədər çox qədim dini ayinlərin qalıqları kimi

müqəddəs ağaclara (Mərdəkan və Əmircan kəndlərində Pir Çinar) və daşa (Buzovnada

Əli ayağı) sitayiş mövcuddur. Ağaclara sitayişi VII əsr alban tarixçisi Musa Kalankatlı

da qeyd etmişdir. 21

Abşeron əhalisi islam dinini qəbul etdikdən sonra VIII-X əsrlərdə müsəlman

ənənələrini və ərəb-müsəlman dini adlarını qəbul edən qədim pirlərin (Buzovnada Əli

ayağı, Pirallahı adasında Pirallahı və s.) müsəlmanlaşdırılması başlandı.

60

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!