24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

1947-ci və 1958-1962-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı üstündə bağ

salınmış torpaq örtüyünün altında böyük hamam (26 otaqlı) aşkar edilmişdir.

Hal-hazırda hamam həm üstdən, həm də içəridən torpaqdan təmizlənmişdir. Hamam

adətən, qışda istini, yayda isə soyuğu qoruyub saxlamaq məqsədilə tikilən başqa

Abşeron hamamları kimi, yer səviyyəsindən dərinlikdə idi. Onun otaqlarından biri

səkkizbucaqlıdır. Otaqların günbəzində işıq düşməsi üçün açırımlar - bacalar

qoyulmuşdur. Hamamın daş tağtavanı, staliktit bəzəkləri var idi. Divarlar və hovuz

qismən bugünədək qalmış kaşı ilə örtülmüşdü. XVIII əsr səyyahı İ.Lerx xəbər verir ki,

hamam həm bayırdan, həm də içəridən yaxşı bəzədilmişdir. 157 Su döşəmənin

pərvazında quraşdırılmış kəmərlə döşəmədə tikilmiş hovuza dolurdu.

Hamam dəhlizdən, soyunub-geyinmə salonundan, mərkəzi salondan, ayrı-ayrı

çimmə və buğxana otaqlarından, habelə isti və soyuq su hovuzlarından (xəznələrdən)

ibarət idi. Hamam döşəmələrin altında quraşdırılan və qızdırıcı kameraya - "külxan"a

birləşdirilən isti hava kanalları vasitəsilə isidilirdi. 158

Hamam "şam kimi yanan sarı rəngli" 159 daş kimi bərkimiş ağ neftlə qızdırılırdı.

Həmin neft şəhərə gətirilərək, əhali tərəfindən yanacaq kimi istifadə olunurdu. Hamama

şirvanşahın ailəsinə və saray adamlarına xidmət edirdi. Hamam su bilavasitə onun

yaxınlığındakı qədim ovdandan gətirilirdi. İ.Lerx həmin ovdan haqqında aşağıdakıları

xəbər verir: "Şəhərin yaxınlığında çay yoxdur. Əhali quyu suyundan istifadə edir; ən

yaxşı su isə daşda oyulmuş 70 pilləli şah quyusundan çıxarılır". 160

Ovdan yerüstü hissəsi (girişi) səliqə ilə düzülən daş hörgü ilə işlənmiş sal qayada

qazılmışdı. Girişin böyük dərinlikdəki hovuzun başında qurtaran pilləkənə tərəf aparan

düzbucaqlı çatma açırımı var idi. Su buraya yeraltı lağımlardan - kəhrizlərdən

yığılırdı. 161

Qərb qala divarı yaxın lığında inşaat işləri aparılarkən təqribən 10 metr

dərinlikdə dağlardan ovdan və Şirvanşahlar sarayı istiqamətində gələn qədim su kəməri

aşkara çıxmışdır. Ehtimal ki, saraya və hamama su bu kəmərlə gətirilmişdir. Yaşlı

sakinlərin dediyinə görə, saray binasının şimal-şərqində əvvəllər şah tövlələri

olmuşdur. Hal-hazırda isə burada yaşayış evləri tikilmişdir. Divanxanadan şimaldakı

yaşayış evlərindən birində hörgüsü sarayın fasadının hörgüsünə oxşayan qədim divarın

gövdəsi görünür. Bu, ehtimal ki, saray ansamblına daxil olan binaların qalıqlarıdır.

Qeyd etmək lazımdır ki, ansambla daxil olan binalar müxtəlif vaxtlarda tikilsə

də, vahid memarlıq üslubu ilə birləşdirilmişdir. Seyid Yəhyanın məqbərəsinə bitişik

məscid, eləcə də, türbə və aşağı həyətdəki məscid xaçabənzər günbəzşəkilli binaların

prinsipi ilə planlaşdırılmışdır. Üslub vəhdəti memarlıq formalarının yığca mlığında, tağ

və stalaktitlərin formasında, baştağların, tağların timpanlarının və binaların digər

hissələrinin haşiyələrinin zəngin naxışlanmasında və bəzədilməsində, ərəb

hürufatından bəzək kimi istifadə olunmasında, binaların hörgüsündə müxtəlif rəngli

daşlardan ensiz və enli zolaqlar salınmasında və digər detallarda təzahür edir.

Şirvanşahlar sarayı ansamblı Azərbaycan memarlığının və dekorativ tətbiqi

sənətinin, inşaat texnikasının böyük inkişafından, o dövrün memarlarının,

həkkaklarının, nəqqaşlarının yüksək sənətkarlığından xəbər verir. Bu memarlığın

122

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!