24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

XV əsrdə italyan tacir-səyyahları ilə yanaşı buraya rus tacirləri də gəlməyə

başlayır. XV əsrin ikinci yarısında Moskva dövlətinin iqtisadi və siyasi yüksəlişi və

tacir silkinin yeni mal tədavülü bazarlarına marağı ilə bağlı olaraq, Moskva ilə Şərq

ölkələri, xüsusilə xam ipək, ipək parça və xalça ilə zəngin olan Azərbaycan arasında

ticarət əlaqələri və diplomatik əlaqələr yaradılır. 87 Bu vaxt Şirvandan beynəlxalq

bazarlara, əvvəllərdə olduğu kimi, xam ipək, yun və pambıq parçalar, neft, duz, zəfəran,

düyü, mis qablar və digər mallar ixrac olunurdu.

1446-cı ildə Şirvanşah I Xəlilüllah Moskva dövləti ilə Şirvan arasında dostluq və

ticarət münasibətləri yaratmaq məqsədilə Həsən bəyin başçılığı ilə Moskvaya, III

İvanın yanına qiymətli hədiyyələrlə birlikdə elçilər göndərmişdi. Buna cavab olaraq

Vasili Papin III İvanın adından qiymətli hədiyyələrlə Şamaxıya gəlmişdi. 88

Papinin ardınca 1466-cı ildə Tver taciri Afanasi Nikitin öz tverli tacir yoldaşları

ilə iki gəmi qayıraraq, onlara mal yükləyib Volqa ilə Şamaxıya yola düşdü.

Həştərxandan Dərbəndə gələrkən onlar yolda dəniz quldurlarının basqınına məruz

qalaraq qarət edildilər və Dağıstan (qaytaq) hakimi tərəfindən əsir alındılar. 89 Lakin rus

səfiri Papinin xahişi ilə Şirvanşah Fərrux Yəssarın işə qarış ması sayəsində tezliklə azad

olundular. Əsir ruslar digər Moskva tacirləri ilə birlikdə Dərbənddən Koytula

(şirvanşahın qərargahına - S.A.) gön-dərildilər. Şirvanşah onları iltifatla qəbul etdi,

lakin tacirlərin çox olmasını bəhanə gətirərək, onların evlərinə qayıtmalarına kömək

göstərmək barədə xahişlərini rədd etdi. "...Biz isə Koytula, Şirvanşahın yanına getdik

və onun ayağına düşərək Rusiyaya qayıtmağımıza yardım etməsini dilədik. O isə çox

olduğumuzu deyib bizə heç nə vermədi. Biz ağlaya-ağlaya hərəmiz bir tərəfə dağıldıq,

bəzilərimiz Şamaxıda qaldı, bəzilərimiz isə Bakıya işləməyə getdi. Mən isə Dərbəndə,

oradan da əbədi odlar yanan Bakıya getdim. Bakıdan isə dəniz arxasındakı Çebokara

yollandım". 90

Nikitin və onun yoldaşlarının A zərbaycana gəlməsi təsadüfi deyildi.

Azərbaycanla ticarət əlaqələri əvvəlki əsrlərdə də mövcud olmuşdur. 91

XIII əsrdə və XIV əsrin əvvəllərində Moskva dövlətindən Şirvana qiymətli

sincab, samur, dələ, tülkü xəzləri idxal olunurdu. 92

Mənbələrdə 1475-ci ildə III İvanın səfiri Markın Təbrizə, Uzun Həsənin yanına

getdiyi xəbər verilir. Mark burada Venesiya səfirləri Barbara və Kontarini ilə

görüşmüşdür. 93 1494-cü ildə şirvanşah Fərrux Yəssarın nəvəsi Mahmud öz səfiri

Şahabəddini Böyük Moskva knyazının yanına göndərmişdi. 94 Beləliklə, Moskva

dövlətindən Azərbaycana ticarət məqsədi ilə bir sıra elçi və tacirlərin gəldiyini görürük.

Bu dövrdə Həştərxan vasitəsilə Şirvan şəhərləri ilə Şərqi Avropa şəhərləri arasında

müntəzəm ticarət əlaqələri yaranır. Kontarinin sözlərinə görə, Şirvandan gətirilən

mallar, başlıca olaraq ipək, Həştərxanda rus tacirləri ilə xəz, qılınc, bal və muma

dəyişdirilirdi. 95 Tacirlər oradan dəniz yolu ilə Dərbəndə, Bakıya, sonra isə karvan yolu

ilə Şamaxıya və İrana gedirdilər. Kontarini Xəzər dənizində üzən ticarət gəmiləri

haqqında müxtəsər məlu matlar verir. 96

Bakı bu dövrdə ən yaxşı liman şəhəri kimi beynəlxalq tranzit ipək ticarətində

mühüm rol oynayırdı. Bu dövrdə Bakıda, eləcə də Şirvanın digər şəhərlərində

86

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!