24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ehtimal ki, istehkam monqollar gələnədək mövcud olmuş və mühasirə zamanı

işğalçılar tərəfindən divardeşən qurğularla qis mən dağıdılmışdır. Sonralar, XIV əsrdə

dənizin səviyyəsinin qalxması 53 və adı çəkilən istehkamın su altında qalması

nəticəsində tamamilə uçulub-dağılmış və dövrümüzə indiki halda gəlib çatmışdır

Əbdürrəşid Bakuvi 1403-cü ildə yazırdı: " Bakuyə... daşdan tikilmiş şəhərdir...

Onun divarları bir çox qala bürclərini basmış və (Cümə) məscidinə yaxınlaşan dəniz

suları yuyur..." 54

Bakuvinin təsvirindən görünür ki, o vaxt dənizin səviyyəsi yüksək olmuş,

Xəzərin suları, ehtimal ki, sahilləri basaraq Qız qalasının yaxınlığındakı qala

divarlarına və Cümə məscidinə qədər gəlib çatmışdır. Deməli, 1403-cü ildə buxtadakı

imarətin xeyli hissəsi su altında qalmışdı. Bakuvi sonra xəbər verir: " Bu şəhərdə son

dərəcə möhkəmləndirilmiş iki daş qala var. Dəniz onlardan birinə, böyüyünə o qədər

yaxınlaş mışdır ki, dalğalar onun divarlarına çırpılır. Bu, tatarların (monqolların - S.A.)

ala bilmədikləri həmin qaladır..-" 55 Dəniz dalğalarının döyəclədiyi qala haqqında

məlumat, ehtimal ki, buxtadakı xarabalıqlara aiddir. Çox möhkəmləndirildiyindən

monqollar onu ala bilməmişdilər. Göründüyü kimi, o, zəlzələdən xeyli dağılmış və

sonra bir daha bərpa edilməmişdir.

Şərq və Qərb müəlliflərinin XVIII əsrin əvvəllərinədək bu sualtı imarət

haqqında susması onun təqribən XIV əsrin əvvəllərindən XVIII əsrin əvvəllərinədək

Xəzərin suları altında qalması ilə izah edilə bilər. 1925-ci ildən etibarən Xəzərin

səviyyəsi kəskin surətdə aşağı düşməyə başlamış və imarət tədricən suyun altından

çıxmışdır.

1683-cü ildə Bakıya gəlmiş alim və səyyah E.Kempfer şəhərin maraqlı təsvirini

vermişdir. Kempferin çəkdiyi şəhərin görünüşünü əks etdirən şəkildə dənizədək uzanan

qala divarlarının yaxınlığında su altından baş qaldıran, ehtimal ki, buxtadakı sualtı

imarətə məxsus bir neçə bürc görmək mümkündür. Kempferin təsviri göstərir ki, o,

dənizin səviyyəsinin enməyə başladığı, lakin hələlik azacıq aşağı düşdüyü həmin

vaxtlar bu imarətin qalıqlarını görmüşdür. 56

XVIII əsrin birinci çərəyindən başlayaraq tarix ədəbiyyatında qərq olmuş imarət

haqqında məlumat verilir. 57

XIX əsrdə akad. Y.Lents 58 , K.Spasski-Avtonomov 59 , N.Filippov 60 ,

A.V.Voznesenski 61 , A.İ.Mixalevski 62 , N.V.Xanıkov 63 B.Dorn 64 və başqalarının bir sıra

əsərləri meydana gəldi. Həmin əsərlərdə Bakı buxtasındakı sualtı imarətin ölçüsü, planı

və xarabalıqlarının müfəssəl təsviri verilir.

Bəzi tədqiqatçılar imarəti karvansara adlandırsalar da, onu qədim zamanlarda su

basmış qala, yaxud gözətçi istehkamı hesab etmişlər. Suya qərq olmuş Səbayıl şəhəri

haqqında bir sıra əfsanələr qalmışdır. 65

Xəzərin səviyyəsinin aşağı düşməsi SSRİ EA A zərbaycan Filialının Tarix

İnstitutuna 1938-1940-cı illərdə bu imarəti arxeoloji cəhətdən tədqiq etməyə, abidənin

tikilmə tarixini müəyyənləşdirməyə imkan verdi. 66 İnstitut arxeoloji işləri 1946-cı 67 və

1962-ci ıllərdə davam etdirmişdir.

Yüksək təpədə - buxtanın içərisindəki balaca adacıqda qala şəklində tikilmiş bu

109

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!