24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

səbəb oldu. 63 Bunu köhnə Bakı qalasındakı (İçərişəhər) Cümə məscidinin minarəsinin

divarında sultan Məhəmməd Olcaytunun Bakı şəhəri və vilayəti rəiyyətinin bir sıra

vergilərdən azad edilməsinə dair yarlığının mətnindən ibarət olan kitabə də

təsdiqləyir. 64 Çox güman ki, yarlıqdan məqsəd mühüm ticarət və iqtisadi əhəmiyyətə

malik olan Bakı şəhəri və vilayəti əhalisinin rifahını bərpa etmək və yüksəltmək

olmuşdur. Mənbələr artıq XIV əsrin ikinci yarısında dəniz ticarətinin inkişafını, İrana

və qonşu Şərq ölkələrinə xeyli neft və duz ixrac olunduğunu qeyd edirlər. 65

Şirvanşahların, monqollara tabe olsalar da, hakimiyyətlərinin mövcudluğu

monqol dövlətinin tənəzzülə uğramağa və dağılmağa başladığı XIV əsrin əvvəllərində

Bakıda və Abşeronda həyatın və abadlığın canlanmasında ötəri və son dərəcə

qısamüddətli nəticə verən Qazan xan islahatlarından və Sultan Məhəmməd Olcaytu

yarlığından qat-qat böyük rol oynadı. Şirvanşahlar dövləti türkmən sultanlarının

hökmranlığı dövründə də belə müsbət əhəmiyyətə malik idi. Sonralar, XV əsrin

əvvəlində Şirvanşahların hakimiyyətinin güclənməsi və onların müstəqil hakimiyyət

sürməsi ilə əlaqədar, demək olar ki, bir əsr ərzində Şirvanın və onun ayrı-ayrı

şəhərlərinin, xüsusilə, Bakı və Abşeronun məhsuldar qüvvələri xeyli inkişaf edərək, bir

sıra ölkələrlə ticarət əlaqələrini stimullaşdırırdı.

Bakının mühüm liman kimi əhəmiyyəti 1375-ci ildə tərtib edilmiş qədim katalon

atlasında qeyd edilmişdir. Həmin atlasda Xəzər dənizi Bakı dənizi və Sarra dənizi

adlandırılır. Xəritədə Bakı (Bacu) şəhərinin yanında Preala (Preala) burnu qeyd

edilmişdir ki, bunun da indiki Pirallahı adası olduğunu təsəvvür etmək çətin deyil.

Ondan sonra Barmachu, yəni, Barmaq dağı, onun yanında Xamau, ehtimal ki, Şamaxı

qeyd edilmişdir. 66 Göründüyü kimi, yaxşı dəniz səyyahları kimi tanınan katonlar ticarət

məqsədilə Xəzər dənizinə də üzüb gəlmiş, Xəzər dənizinin sahillərinə və Bakı şəhərinə

yaxın-dan bələd olmuşlar.

XIII əsrin sonu - XIV əsrin əvvəllərində İran və Azərbaycanın Uzaq Şərqlə və

digər ölkələrlə beynəlxalq ticarəti xeyli genişlənir. Xəzər dənizi vasitəsi ilə dəniz

ticarəti böyük vüsət alır. Gəmiləri Qara dənizdə üzən Genuya və Venesiya tacirlərinin

faktoriyalar təşkil etdikləri Xəzər dənizi sahillərində donanmaları olmasına dair

məlumatlar vardır. 1293-cü ildə İranda və Azərbaycanın cənub vilayətlərində olmuş

Venesiya səyyahı Marko Pola məlumat verir ki, genuyalılar bir az əvvəl Xəzər

dənizində üzməyə, öz malların ı buraya gətirməyə və buradan gelli (Gilan - S.A.) ipəyi

adlanan ipək aparmağa başlamışlar. 67

Kastilya səfiri Rui Qonzales de Klavixo "1404-cü ildə Teymurun Səmərqənd

sarayına səyahət" adlı gündəliyində Şamaxıda ipək istehsalına dair məlumat verir: " Bu

torpaqda çoxlu ipək toxunur, hətta, Genuya və Venesiya tacirləri də ipək almaq üçün

oraya gəlirlər". 68

Beləliklə, XIII əsrin sonlarından Azərbaycan və Xəzər dənizinin sahilləri ipək

almaq üçün bazar axtara-axtara bu yerlərə gəlib çıxan avropalıların diqqətini cəlb

etməyə başlamışdır. Gilan və Şamaxı ipəyi beynəlxalq ticarət malına çevrilir. Bununla

əlaqədar olaraq, Bakının Xəzər dənizində Şamaxı ilə tranzit ticarəti sayəsində böyüyən

rahat liman kimi əhəmiyyəti artır. 69 Ehtimal ki, genuyalılar XIII əsrin sonlarından

83

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!