24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Nahid Avestada müqəddəs çayın adıdır. Anahidə sitayiş xüsusilə Sasanilər dövründə

İranda və Cənubi Qafqazda geniş yayılmışdı. Anahidin şərəfinə böyük sərvət toplanan

məbədlər tikilirdi. Onların bəzilərində bu ilahənin qızıl heykəlciyi qoyulurdu.

Məbəd-lərdəki sərvətləri qorumaq üçün onlar tədriclə möhkəmləndirilərək qala

görkəmi alır və Anahidin şərəfinə Qız qalası adlandırılırdı. İsla miyyət dövründə bu

qala-məbədlər əvvəlki əhəmiyyətlərini itirdilər və orta əsrlərdə müdafiə istehkamlarına

çevrildilər. 37

Tədqiqatçıların bir qis mi isə Qız qalası adını quz və ya oğuz tayfa-larının adı ilə

bağlayır, yaxud onun mənasını alınmaz, yenilməz qala kimi yozurlar. 38 Biz "Orta əsr

Bakısının tarixi oçerkləri" kitabında və sonralar bir məqaləmizdə Qız qalasının

ibadətgah xarakteri daşıması və Bakıda yayılmış əfsanələrlə, ehtimal ki, Sasanilər və

Zərdüştilik dininin Abşeronda intişarı dövrünə aid bu qalanın meydana gəlməsi

arasında şəksiz əlaqə olmasına dair fərziyyə irəli sürmüşdük. XI-XII əsrlərdə qala ya

bərpa edilmiş, yaxud dəyişdirilərək, hərbi əməliyyatlar vaxtı ailələri ilə birlikdə yerli

feodalların və qarnizonun sığındığı müdafiə təyinatlı feodal qalasına çevrilmişdir.

Lakin arxeoloqlardan O.Ş.İs mizadə və H.Ə.Ciddinin sonralar qalada apardıqları

tədqiqatlar və yazılı mənbələrın öyrənilməsi onun dini sitayiş abidəsi olmasına dair

baxışı yenidən gözdən keçirməyə vadar etdi.

XII əsrin sonu feodal Bakısının çiçəklənmə dövrü idi. Şirvanşahlar şəhərdə bir

sıra yaraşıqlı binalar tikdirir və onu möhkəmləndirirdilər. Şirvanşahların onlarla

gəmidən ibarət olan güclü donanması var idi. Şirvanşah I Axsitan təqribən 1175-ci ildə

gürcü hökmdarı III Georginin köməyindən istifadə edərək, Bakı yaxınlığında rusların

73 gəmidən ibarət donanmasını məğlub etmiş və xəzərlərin işğal etdikləri Şəbəranı və

Dərbəndi geri almışdı. 39 Ruslar Şirvandan qovulmuşdu. Bu dövrdə Bakının Şirvanın

varlı şəhərlərindən biri və Xəzər dənizində mühüm liman kimi əhəmiyyəti daha da artır.

Xaqaninin (XII əsr) Şirvanşah Axsitan ibn Mənuçöhrü mədh edən məşhur qəsidəsində

Bakının alınmaz qala kimi əhəmiyyəti qeyd olunur:

Bakı duasını unutmaz bir an,

Olub sayəsində Bəstam, Xavəran. 40

Xaqani qəsidənin ilk iki misrasında Bakıdan yenilməz qala və Şərqin ən mühüm

şəhərlərindən biri kimi danışaraq, onu Xorasanın çox möhkəmləndirilmiş şəhəri

Bastamla müqayisə edir. Görünür, burada A xsitanın tikdirdiyi, yaxud bərpa etdirdiyi

Qız qalasından söhbət gedir. Düşmənin dəniz tərəfdən hücum təhlükəsi şirvanşahı

dəniz sahilində müdafiə qalası tikməyə vadar etmişdi. Məlumdur ki, XII əsrdə

şirvanşahlar Bakıda müdafiə xarakterli iri istehkamlar və köhnə Bakının qala divarlarını

tikdirmişdilər. Ehtimal ki, Qız qalası bu vaxtlar şəhərin müdafiə sisteminə daxil

olmuşdur. Qız qalasının təyinatına dair bir sıra fərziyyələr vardır.

C.A leksandroviç-Nasıfi 41 və Y.A.Paxomov 42 Qız qalasını XII əsrin müdafiə qalası

hesab edirdilər. D.A xundov onu Böyük Mitranın, yaxud qədim A zuraməzdanın yeddi

mehrablı səkkiz mərtəbəli qala-məbədi sayır və e.ə. VIII-VII əsrlərə aid edir. 43

106

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!