24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

əsrin sonu-XV əsrin əvvəli Azərbaycan coğrafiyaşünası Əbdürrəşid Bakuvinin də

müşahidələri vardır. Ə.Bakuvi öz əsərində 23 şəhərin maraqlı təsvirini verir, onun

təsərrüfat həyatından, Abşeronda neft və duz istehsalından bəhs edir. "Buradakı qatran

("qar" - qır) yataqları və neft quyuları məşhurdur. Quyulardan hər gün iki yüz dəvə

yükündən çox neft hasil edilir. Onların yanında gecə-gündüz yasəmən yağı kimi ağ neft

axan başqa bir quyu da vardır, onun icarə haqqı təqribən min dirhəmə çatır. Quyuların

yaxın-lığında şam kimi yanan sarı rəngli bərk torpaq var. Onun parçalarını qopararaq

şəhərə gətirir, evlərin və hamamların qızdırılmasında istifadə edirlər". 24

Göstərilən rəqəm - min dirhəm - bir neft quyusundan alınan icarə haqqı idi. Belə

quyuların sayı isə çox idi.

Bakuvinin göstərdiyi kimi gündəlik neft hasilatı iki yüz dəvə yükündən çox idi.

Əgər hər dəvə yükünü 100 mana, yəni, 300 kq-a bərabər saysaq, onda bu, hər gün

60.000 kq, yaxud 3750 pud edər ki, bu da dövlətin və neft quyuları olan feodalların külli

miqdarda qazanc götürdüklərini göstərir. Şam kimi yanan 25 sarı rəngli daş kimi

dərkimiş qatı ağ neft şəhərə daşınaraq, əhali tərəfindən yanacaq kimi istifadə olunurdu.

Şəhərdən bir fərsəng aralı sönməz od yanan kəndin (Suraxanıda) əhalisi həmin

odda əhəng hazırlayıb, ehtimal ki, inşaat materialı kimi şəhərə gətirirdilər. Bakuvi

Abşeronda başqa ölkələrə ixrac olunan əla duz hasil edildiyini söyləyir. 26 Bakı

yaxınlığındakı adaların birində suiti ovlanırdı. Onun dərisindən nefti gəmilərlə başqa

ölkələrə daşımaq üçün tuluq düzəldilirdi. Ərinmiş suiti piyi yağ kimi çıraqlara

tökülürdü. 27 Bakuvinin dənizdən qalxan və uzaq məsafədən görünən nəhəng od

haqqında məlumatı isə, ehtimal ki, Məsudidən götürülmüşdür.

b) Sənətkarlıq və ticarət

Feodalizm dövrü Azərbaycan şəhərləri sənətkarlıq və ticarət mərkəzləri idilər.

Belə şəhərlərdən biri də Bakı idi. Mənbələr Bakıda sənətkarlığa dair çox cüzi məlumat

versələr də, arxeoloji və digər məlumatlar XI-XVI və sonrakı əsrlərdə burada bütün orta

əsr şəhərləri üçün səciyyəvi olan sənətkarlıq sahələrinin inkişaf etdiyini təsdiq etməyə

imkan verir. İçərişəhərdəki dövrümüzədək qalmış XI-XV əsrlərə aid memarlıq

abidələri mahir bənnalardan, daşyonanlardan, dülgərlərdən xəbər verir. Daş üzərində

böyük sənətkarlıqla nəbati və həndəsi naxışlar, habelə, minarələrdə, mehrablarda,

məscid divarlarında və başdaşılarında ərəb əlifbası ilə kitabələr həkk edən ustalar var

idi.

Arxeoloji qazıntılar zamanı üst və alt daşdan ibarət dən daşları, su kəmərləri və

digər məişət əşyaları tapılmışdır. 28

Qala divarlarının yaxınlığında, indiki Hüsü Hacıyev küçəsində tikinti işləri

77

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!