24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

IV Fəsil

BAKI XVI-XVIII ƏSRĠN BĠRĠNCĠ YARISINDA

1. SƏFƏVĠLƏRĠN HAKĠMĠYYƏTĠ DÖVRÜNDƏ BAKININ S ĠYAS Ġ

TARĠXĠ (XVI ƏSR)

Bizim məqsədimiz Bakıda baş verən hadisələri işıqlandırmaq olduğundan,

bütünlüklə Azərbaycanın siyasi tarixinin müfəssəl şərhi üzərində dayanmayaraq, yalnız

şəhərlə bağlı hadisələrdən bəhs edirik.

Səfəvilər 1538-ci ildə Şirvanşahlar dövlətini özlərinə tabe etdikdən sonra

azərbaycanlıların 1578-ci ilə qədər davam edən bir sıra üsyanlarını yatırmalı oldular. 1

H.146 (1539/40)-cı ildə şahın əmri ilə sonuncu şirvanşah Şahrux Təbrizdə

gizlincə edam olundu. 2 Şirvanın müstəqilliyinin ləğv edilməsindən narazı olan Şirvan

zadəganları öz istiqlaliyyətinin bərpasına çalışaraq, əhalinin şah və onun canişinlərinin

hakimiyyətinə qarşı bir sıra antifeodal üsyanlarına başçılıq edirdilər.

Şah Bakını tiyul kimi Qazi xan Təkəliyə bağışladı, 3 lakin şəhər əhalisi ona

müqavimət göstərdi. İnadlı və şiddətli mübarizədən sonra Razi xan Təkəli h.947

(1540/4l)-ci ildə Bakı qalasını tutdu və əhalidən xeyli adam qırdı. 4 Şirvandakı sonrakı

hadisələr türk müdaxilələri və şirvanlıların Səfəvilər əleyhinə türk sultanlarının

əlaltıları - Bürhanəli, Mehrab xan, Qurbanəli, Qasım Mirzə və Şirvanşahlar nəslindən

olan digər şəxslərin başçılıq etdikləri üsyanları ilə bağlıdır.

Sultan Süleyman h.935 (1548/9)-ci ildə Azərbaycana yürüş edərkən Bürhanəli

onunla birləşdi. Sultan onu qoşunla irəli göndərdi və o, qoşunun köməyi ilə Şirvanı

tutdu. Bürhanəli iki il vali kimi orada qaldı və təqribən h.958 (1551)-ci ildə öldü. Onun

ölümündən sonra qızılbaşlar Şirvanı yenidən zəbt etdilər. Bürhanəlinin azyaşlı oğlu

Əbubəkr Mirzə isə Dağıstana qaçdı. 5

Həsən bəy Rumlu xəbər verir ki, Bürhanəli öldükdən sonra Şirvan zadəganları

onun meyitini gizlətmişlər. Lakin Şirvan bəylərbəyi Abdulla xan Ustaclı onu tapmış,

qəbirdən çıxararaq başını kəsdirmişdir. Şirvan zadəganları Bürhanəlinin qohumlarının

başçılığı ilə qiyam qaldıraraq Xəzər dənizi sahilinə yaxın adalardan birindəki Derov

kəndinə qaçmışlar. Abdulla xan onlara hücum edərək çoxunu qırmış, mallarını ələ

keçirib Şamaxıya qayıtmışdır. 6

Sultan Süleymanın A zərbaycana növbəti yürüşü 1554-cü ildə olmuşdur. Türk

sultanının Şirvanşahlar nəslindən olan əlaltısı Qasım Mirzə tərkibində yeniçərlər də

olan böyük ordu ilə Dərbənddən keçərək Şirvana gəldi. Zadəganlar və Şirvan əhalisi

Səfəvilər əleyhinə qiyama başçılığı öz üzərinə götürən Qasım Mirzəyə qoşuldular.

Döyüş Gülüstan qalasının yaxınlığında baş verdi. Abdulla xan qiyamçıları məğlub etdi,

onlar Təbərsərana qaçdılar, lakin Qasım Mirzə başda olmaqla, qiyamçıların böyük

hissəsi qırıldı və onların başlarından minarə ucaldıldı. 7

Qeyd etmək lazımdır ki, Şah İs mayıl Şirvanı işğal ets ə də, Şirvanşahların

hakimiyyətini tanımış, onları hakimiyyətdə saxlamışdı. Şah Təhmasib, hətta, Şirvanın

138

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!