24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

qayasının çıxıntısı üzərində tikilmişdir. Şərq tərəfində, demək olar ki onun başınadək

ucalan kontrforsa (dayaqdivar) bənzər nəhəng çıxıntı var. 29 Görünür o, qalanı

möhkəmləndirməyə və müdafiə vaxtı hərbi əməliyyat meydanını genişləndirməyə

xidmət edirmiş.

Cənub-şərqdən bayır tərəfdə kontrforsu əhatə edən yarımbürclər qalmışdır. Bu

qalanı hörgü üsullarının fərqinə görə iki hissəyə bölmək olar: hamar hörgülü aşağı hissə

və arası zaman keçdikcə ovulub tökülmüş əhəng suvaqla doldurulmuş daşların növbə

ilə batıq və çıxıntı şəklində hörüldüyü yuxarı hissə. Hər mərtəbədə işıq düşməsi və

ehtimal ki, dənizə tərəf atəş açmaq üçün mazğal tipli bir pəncərə var.

İkinci mərtəbədən başlayaraq hər mərtəbədə taxça var. Giriş qapısının üstündə

qalanın bütün hündürlüyü boyu divarın arasında saxsı boru hörülmüşdür. Bəzi

tədqiqatçılar həmin taxçaları və saxsı borunu qalanın kanalizasiyası ilə bağlayırlar. 30

Qalanın içərisində divarın cənub tərəfində su quyusu var. Qalanın cənub-qərb tərəfində,

yerdən təqribən 14 m hündürlükdə kitabə həkk olunmuşdur. Kufi xətlə yazılmış dörd

sözdən ibarət ikisətirlik bu müxtəsər kitabə belə oxunur:

"Məsud bin Davud qübbəsi". 31

Kitabədə tarix göstərilməməsi və qalanı tikdirmiş feodalın adının çəkilməməsi

Qız qalasındakı kitabənin sifarişçi şəxs ə deyil, onu tikən memara, Mərdəkandakı

dairəvi qalanı tikmiş memarın atası -XII əsrin ikinci yarısında yaşamış Məsud ibn

Davuda məxsus olduğunu hesab etməyə əsas vermişdir. 32 Çox ehtimal ki, Qız qalası

dördkünc Mərdəkan qalasından və başqa yerlərdə olduğu kimi, üzərində onun

şirvanşah, yaxud başqa bir feodal tərəfindən tikildiyi göstərilən kitabə olan qala divarı

ilə əhatə olunubmuş. Qız qalasının yaxınlığında qazıntı aparılarkən qala divarının

qalıqları aşkar edilmişdir. Kitabənin tipik formalı kufi xətti onu XI-XII əsrlərə aid

etməyə imkan verir. 33

Qız qalası ilə bağlı bir sıra əfsanələr var. 34

Bu əfsanələrdən ən çox yayılanı Y.A.Paxomovun söylədiyi əfsanədir: " Bir şah

öz qızına evlənmək istəyir. Atasının arzusuna tabe olmaq istəməyən qız onun üçün qala

tikdirməsını şərt qoyur. Qala tikilib qurtardıqdan sonra, bir varianta görə (İ.Berezin,

Səyahətnamə, c.I, s.225) qız oraya sığınır, başqa bir varianta (S.Q.Qmelin,

Səyahətnamə, c.III, s.80) görə isə özünü qalanın başından dənizə atır. Konstruksiya

sadəliyi, təfərrüatın və müsəlmanlıq ünsürlərinin olmaması Bakı qalası haqqındakı bu

əfsanəni qədim keçmişlərə aid etməyə imkan verir". 35

Əfsanədə əksini tapmış nikah növü Sasanilər dövründə müqəddəs adət kimi

mövcud olmuşdur. Məlumdur ki, II Yəzdigərd (439-457-ci illər) maqların təkidi ilə

Ermənistana, Gürcüstana, Albaniyaya və digər əyalətlərə məzdəizmi məcburi surətdə

öyrənmək barədə fərman, "ataların qızlarına, qardaşların bacılarına evlənmələri" haqda

əmr göndərmişdi. 36

Qız qalası adlı qalalar təkcə Azərbaycanda və İranda deyil, Yaxın Şərqin bir sıra

ölkələrində də vardır. İran tədqiqatçısı Bastaniyə Pərizi həmin Qız qalalarını su və

məhsuldarlıq ilahəsi Anahidə (Nahidə) qədim sitayişlə əlaqələndirir. Məlum olduğu

kimi, Avestada hər birinin allahı olan su, hava, od və torpaq müqəddəs ünsürlər sayılır.

105

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!