24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

edilmiş kitabədə Bakıda və Abşeronda yığılan vergilər haqqında müəyyən məlumat

əksini tapmışdır. I Şah Abbasın fərmanının surəti olan bu kitabə XX əsrin əvvəlində

yerində yeni məscid tikilmiş, qabaqlar mövcud olan daha qədim Cümə məscidinin giriş

qapısının üstündə qoyulmuşdur.

H.1024 (1615)-cü ilə aid bu fərmanda "Şirvanın Badkubə ölkəsində" yaşayan

şiələrin Ramazan ayında yığılan bəzi vergilərdən azad edildiyi bildirilirdi. Fərmanda

deyilirdi ki, şah "...Dovşan ilinin əvvəlindən icarəyə verilən tövcihatdan başqa, onların

(şiələrin - S.A.) mübarək Ramazan ayında çatacaq bir aylıq malucəhatlarını sədəqə

olaraq..." ləğv etmişdir. 104 Fərmanda daha sonra deyilirdi ki, "...Bu qərarla alınmış illik

tiyul və məvacibi ləğv etsinlər. Onlar (tiyuldarlar) üçün təyin olunan məvacib həvalə

divanına daxil edilir. Qeyd olunan ş əhərin malucəhatını ilbəil azaldıb, qalığını

assiqnovka sahiblərinin kapitalına çevirsinlər. Zikr olunmuş ölkənin tiyul sahibləri

fərmanda qeyd edildiyi kimi həyata keçirsinlər. Qeyd olunan ayın aylıq gəlirini öz

tiyullarından çıxarılmış bilsinlər və rəiyyətdən heç bir tələb etməsinlər və məzkur

ölkənin kələntəri, kəndxudaları və ağsaqqalları həqiqətdə (bilməlidir ki,) əgər şiələr

içərisində bir sünni olsa və ya başqa yerlərdən birinin adamı orada olsa, bu

yüngülləşdirmə onlara aid edilmir (yəni onlar bu vergidən azad edilmirlər - S.A.)". 105

Bu fərmanda XVII əsrin əvvəllərində Bakıda mövcud olan bütün vergi növləri

sadalanır. Ehtimal ki, icarəyə verilən tövcihat malucəhatın bir hissəsi olub, pula

yığılırdı. 106 Fərmandan göründüyü kimi, XVII əsrdə bəzi vergilər icarəyə verilirdi.

Sonra bir illiyə verilən bəxşiş növü tiyuldan danışılır. İllik tiyul, yəni

bağışlanmış ərazidən vergi yığmaq hüququ ləğv edildikdən sonra tiyuldarlar onlara

təyin olunmuş məvacibi əskinas Divanından (Divan-i həvalə) alırdılar. Fərmanla

əlaqədar malucəhatın yığılması ildən ilə azaldılırdı, bu vergidən qalan məbləğ isə

əskinas sahiblərinin (ərbab-i həvalat) kapital fondu kimi əskinas Divanına daxil olmalı

idi. Mətndən göründüyü kimi malucəhat, əsasən, yerli dövlət məmurlarından və

hərbçilərdən ibarət olan tiyuldarların xərclərini ödəmək üçün yığılırdı.

Həmin kitabə İsgəndər Münşinin şahın h.1024 (1615)-cü ildə "İranın bütün

məmləkətlərinin şiələrini Ramazan ayında divana çatan torpaq vergisindən, hərəkət

etməyən əmlakın icarə haqqından azad etməsinə" dair məlumatını təsdiq edir. 107

Bu tədbir, ehtimal ki, müharibələr nəticəsində müflisləş miş Abşeron və Bakının

vergi verən əhalisinin bir hissəsinin ağır vəziyyətini yüngülləşdirmək istəyindən irəli

gəlmişdir. Verginin müvəqqəti olaraq ləğv edilməsi yalnız şahın yeritdiyi siyasətlə

bağlı imtiyazlara malik olan şiələrə şamil idi.

Kitabədə adı çəkilən bəzi vəzifəli şəxslər - kələntərlər, kəndxudalar, ağsaqqallar

- şəhər idarəçiliyində mühüm rol oynayırdılar. ―Təzkirət əl-müluk"un verdiyi məlumata

görə, kələntərin vəzifələrinə şəhər məhəllələrinin kəndxudalarını, əsnafların

ağsaqqallarını təyin etmək daxil idi. 108 Hər məhəllənin sakinləri və hər bir əsnafın

üzvləri öz aralarından etibarlı bir adam seçib onun üçün ş əhadətnamə tərtib edir və

məvacib təyin edirdilər. Kələntərin müavini və köməkçisi naibin möhürü ilə

təsdiqlənmiş sənədi kələntərə gətirərək ondan şəhadətnamə (təliqə) və öz namizədləri

üçün fəxri paltar alırdılar. Bundan sonra həmin şəxs onların işlərini idarə edirdi. 109

196

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!