24.11.2014 Views

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

Yüklə - Azərbaycan Tarixi Portalı

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

olmuşdur. Antik müəlliflər xəbər verirlər ki, yunanlar, farslar, ərəblər, müharibə vaxtı

yanar neftdən istifadə edərək, düşmənə içərisində yanan kükürd və neft olan qablar

atmışlar. 9 Ərəb mənbələrində deyilir ki, ərəb və fars qoşunlarının tərkibində xüsusi

yanar neftatan dəstələr olmuşdur. "Dərbəndnamə"də xəbər verilir ki, xəlifələr neft

quyularını və duz mədənlərini Şirvan hakimlərinin əlindən alaraq, onları vəqf kimi

Dərbənd qazilərinə bağışlayırdılar. Bu məqsədlə xəlifələr xüsusi məmurlar təyin

edərək, həmin mədənlərdən gələn gəliri yığıb, keçidləri qoruyan əsgərlər arasında

bölmək üçün Dərbəndə göndərilməsini onlara tapşırmışdılar. 10

777-ci ildə xəlifə əl-Mehdi (775-785) Dərbəndin ətrafından illik xəracı yığıb onu

qalanın müdafiəçiləri və şəhər əhalisi arasında bölməyi əmr etmişdi. 11 873-cü ildə

Şirvan hakimi xəlifə əl-Mütəmidin (870-892) vəqf kimi Dərbənd əhalisinə verdiyi hər

şeyi onların əlindən aldı. 12

"Dərbəndnamə"də deyilir ki, h.270 (883/84)-ci ildə xəlifə (Mötəmid- S.A) n e f t

q u y u l a r ı n ı n v ə d u z m ə d ə n l ə r i n i n y a r ı s ı n ı (seyrəltmə mənimdir - S.A.)

şirvanlılardan alaraq vəqf şəklində Dərbənd əhalisinə bağışladı. O, Bakıda dəniz

sahilində anbar qazılmasını əmr etdi. Yer qazılarkən üzərində neft və duz mədənlərinin

Dərbəndin vəqfi olduğu yazılmış böyük bir daş tapıldı. Xəlifə bundan xəbər tutduqda

fərman verdi. Orada deyilirdi ki, kim həmin neft və duz mədənlərini Dərbənd əhalisinin

əlindən alsa, Allahın və peyğəmbərin düşməni olacaqdır; h.272 (885)-ci ildə o, b ü t ü n

n e f t v ə d u z m ə d ə n l ə r i n i n (seyrəltmə mənimdir- S.A.) şirvanlılardan

alınıb Dərbənd əhalisinə bağışlanmasını əmr etdi və bundan sonra Məhəmməd ibn

Əmmarı həmin mədənlərin rəisi təyin etdi ki, onların gəlirini keçidləri qoruyan

əsgərlərə paylamaq üçün Dərbəndə göndərsin. 13

IX əsrdə Şirvanın hakimi şirvanşah Məhəmməd ibn Yəzid oldu. O, inanılmış

şəxs kimi, hasilatı qəbul edib, qəbz vermək üçün neft və duz mədənləri üzərində rəis

təyin etdi. Məhəmməd ibn Yəzid neft və duz haqqında yeni fərman yazaraq, onların

mədaxilini Dərbənd əsgərlərinə bağışladı (vəqf verdi). Şirvanşah, bütün əmirlər və

canişinlər Dərbənd hakiminə möhürlə təsdiqlənmiş qəbz verdilər, itaət göstərməyənləri

lənətləyən fərman yazdılar. Rəislər ona görə təyin edilirdilər ki, Dərbənd əhalisinin

gəliri israf olunmasın, şirvanşah özü isə "bir dənəciyə, bir dinara da tamah salmasın". 14

Göründüyü kimi, Şirvanşahlar Dərbəndin müdafiəsinə böyük əhəmiyyət verir,

-hətta gəlirləri yığıb Dərbənd hakiminə vermək üçün xüsusi şəxslər - rəislər təyin

edirdilər. Lakin Dərbənd hakimlərinin həmin pulları mənimsədiyi hallar da olurdu. 15

Mərkəzi hakimiyyət zəiflədikdə və Xilafət tənəzzülə uğradıqda yerli hakimlər -

istər Şirvanşahlar, istərsə də Dərbənd hakimləri - neftin və duzun gəlirini özlərinə

götürürdülər. 16 H.290 (902)-cı ildə, xəlifə Müktafi (902-908) zamanında Bişütur

"Dərbəndin hakimi təyin olundu. O, Dərbənd əhalisinə pul verilməsini dayandırdı

və neftin, duzun və kəndlərin digər məhsullarının bütün gəlirini mənimsədi. Hər bir

vəsaitdən məhrum olan əsgərlər ticarət və muzdurluqla məşğul olmağa başladılar və

tezliklə Dərbənddə iğtişaşlar və pozğunluq meydana gəldi". 17

VII əsr alban salnaməsinə, Bəlazurinin VIII əsrə, "Dərbəndnamə"nin VIII-IX

əsrlərə aid yuxarıda gətirilən materiallarına isnad edərək belə bir nəticəyə gəlmək olar

47

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!